
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dünya Azərbaycanlıları Konqresi (DAK) ABŞ-ın Los Anceles şəhərində baş verənlərlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "İyulun 21-də Los Ancelesdə yaşayan ermənilər Azərbaycan Respublikasının Baş Konsulluğunun binası qarşısında təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini ifşa edən şüarlar səsləndiriblər. Həqiqəti görmək və dinləmək gücündə olmayan erməni radikalları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını ala bilməyib. Azərbaycanlı nümayişçilərə hücum edən ermənilər biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Bu kimi hadisələr dünyanın bir çox şəhərlərində baş verib və baş verənlər onu göstərir ki, həm Ermənistan rəhbərliyi, həm də xaricdəki erməni diasporu təcavüzkar siyasətin birbaşa ideoloqu və icraçısıdır".
Dünya Azərbaycanlıları Konqresi harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda mübarizədən geri çəkilməyəcəyini bəyan edərək, ABŞ-ın Los Anceles şəhərində, eləcə də digər Avropa ölkələrində erməni diasporunun zorakılıq və vəhşiliyinə görə hüququn tələb etdiyi qəti tədbirlərin görülməsini tələb edir.
Qeyd edək ki, bəyanatı DAK həmsədrləri - Sabir Rüstəmxanlı və Firudin Pərviz Nia imzalayıb.