Türkiyə rəsmisi Ermənistanla əlaqələrdən danışdı Siyasət

Türkiyə rəsmisi Ermənistanla əlaqələrdən danışdı

Baş nazirin müavini: "Münasibətlərimizin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır"

"Türkiyə-Ermənistan münasibətlərinin bərpası prosesində Azərbaycanın maraqları nəzərə alınmalıdır". Bunu Türkiyə baş nazirinin müavini Yalçın Ağdoğan KİV işçilərinin beynəlxalq konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, Azərbaycanın maraqları Türkiyə üçün xüsusi önəm kəsb edir, Dağlıq Qarabağ münaqişəsi isə Türkiyənin də problemidir.
Qondarma "erməni soyqırmı" məsələsini şərh edən Y.Ağdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan Ermənistanın ortaya atdığı "soyqırım"ın 100 illiyi məsələsində birgə fəaliyyət göstərməlidir.