Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
23 Sentyabr 2020 14:26
3 283
Kaan Sarıaydın: “Qlobal sərmayə bütün tarazlıqları sarsıdacaq həmlələri sürətləndirməyə başlayıb”
“ABŞ PKK-nı heç bir əməliyyat olmayacağına inandırır! Ermənistan Qafqazdakı atəşkəsi pozur və müharibəyə hazırlaşır, Rusiya Ermənistana silah göndərir, Misirdə küçələr qızışır, qlobal bazarlarda birjalar bir gündə alt-üst olur və sui-qəsdlər tədricən özünü göstərir ...Merkel prezidentlə danışır. Tramp üçüncü dünya müharibəsi ritorikasında. ÜST-nin başındakı təlxək bazarları təsir edən açıqlamalar verir.
Bütün bunlar yaşanarkən Türkiyə Ermənistana “həddini bil, odla oynama” deyə nota verir. Merkel Türkiyəyə “siz bizim bir işə yaramayan Yunanistanın fəryadına baxmayın, uşağımız bir yaramazlıq etdi, boş verin”, - deməyə gəlir”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bu fikirləri türkiyəli iqtisadçı ekspert, metasof Kaan Sarıaydın səsləndirib. O, bildirib ki, Rusiya Ermənistanın əli ilə ABŞ və İsrailin strategiyasına zərbə vurmaq istəyir: “Liviya məsələsi həll olunub. Ermənistan onsuz da milçək vızıltısından başqa bir şey deyil. Qlobal sərmayə bütün tarazlıqları sarsıdacaq həmlələri sürətləndirməyə başlayıb.
Bəlkə də sizin üçün şişirdilmiş kimi görünəcək, düşüncəsi olmayan, ölkəsini bataqlıq kimi düşünən, ürəyini kirlətmiş və dünyadakı prosesi görməzdən gələrək daxili siyasəti sərtləşdirən düşünmə yoxsulu olanları hesaba almıram.
Onlar onsuz da yandıq, bitdik və kül olduq zehniyyətinə sahib olduqları üçün bu durumu anlaya bilməzlər.
Qəlbi gözəl, vətənpərvər, ölkəsini sevən, dövlətinə inanan insanlara söyləyirəm: Dəfələrlə şahid oldunuz, yenə də şahid olacaqsınız.
Üçüncü Dünya Müharibəsinin qaynayan qazanında Türkiyə olmayacaq.
Türkiyə bütün bu proseslərdən daha da güclənərək çıxacaq! Bəli, bu qışın çox isti olacağını demişdim. Fitil alovlandı! Bu saatdan sonra ölkə mətbuatında davamlı qorxu yayan lazımsız son dəqiqə xəbərləri izləmək əvəzinə dünyanı, dünya mətbuatını izləyin. O zaman necə bir ölkədə yaşadığınızı daha yaxşı başa düşəcəksiniz. Necə güclü bir ölkədə olduğunuzu daha yaxşı anlayacaqsınız”.
Əli Zülfüqaroğlu
22:46
420
19:06
665
18:54
1 036