“Bunlar elə bil aydan gəliblər...” Siyasət

“Bunlar elə bil aydan gəliblər...”

"Təhsil Nazirliyinin bütün kollegiyalarında mədhiyyə deməkdən ötrü söz istəyən Cəmil Həsənli, bu gün təhsil sistemini tənqid edir"

Milli Şuranın növbəti mitinqi də keçirildi. Yenə də əsas müzakirə mövzusu mitinq iştirakçılarının sayıdır. Milli Şuranın 12 oktyabr mitinqində Bakı Şəhər Baş Polis idarəsi tərəfindən təxminən 1000 nəfərin iştirak etdiyi açıqlandığı halda şura üzvləri bu rəqəmi 10 min, bu dəfə isə birinci tərəf 700 rəqəminin üzərində dayandığı halda, ikincilər 7 min deyə açıqlama verdilər.
Bu barədə danışan Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü Aydın Mirzəzadə bildirib ki, Milli Şura sadəcə olaraq məqsədyönlü şəkildə bütün diqqətləri rəqəmlərə çəkməyə çalışır: "Lakin 10 milyonluq ölkədə çox kiçik bir qrupun orada iştirakı qaldırılan məsələlərin isə cəmiyyətdə əks-səda verməməsi əsas nüanslardır. Milli Şura bu gün nəinki müxalifətin ümumilikdə cəmiyyətin adından danışmağa çalışır. Ancaq bir daha qeyd edirəm ki, onların müzakirəyə çıxardığı məsələlər cəmiyyət üçün hər hansı bir maraq kəsb etmir. Bunlar süni surətdə uydurulmuş, reallığı əks etdirməyən məsələlərdir. Diqqət etdinizsə, Milli Şura cəmiyyəti düşündürən məsələlərlə bağlı bir dənə də olsun təklif səsləndirmir. Çünki onlar buna hazır deyillər. Bu gün hətta cəmiyyətin müxalifət düşərgəsində belə Milli Şura hər hansı bir nüfuza malik deyil. Bu qurum sadəcə olaraq, dərnək əhvali-ruhiyyəsi bağışlayır. Onlar sadəcə statistika doldurmaqla məşğuldurlar".
Millət vəkili Sahib Alıyev isə Milli Şuranın mitinqinə münasibət bildirərkən, diqqətə çatdırıb ki, Leyla Yunusa azadlıq tələb edənlərin kişilikləri çatmadı ki, heç olmasa bu Bayraq günündə, erməni girovluğundakı Dilqəm Əsgərov, Şahbaz Quliyevin adlarını dillərinə gətirsinlər: "O adamların ki, müqəddəs bayrağımızı aparıb, Kəlbəcərdə dalğalandırır və bununla da torpaqlarımızın erməni tapdağı altında qalmasıyla barışmadıqlarını, barışmayacaqlarını göstərirdilər".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın noyabrın 9-da baş tutan mitinqinin biabırçılı olduğunu hesab edir. YAP
rəsmisi müxalifətin acınacaqlı durumda olduğunu deyərək Milli Şuranın mitinqini izləmədiyini qeyd edib: "Bazar günü keçirilən aksiya mitinq deyildi. Biabırçı bir şey idi, ona görə də mən onu izləmirəm". O, əlavə edib ki, Milli Şuranın 9 noyabr mitinq tədbiri mətbuat və digər mənbələrdən kifayət qədər müşahidə edildi: "Mitinqin dövlətin müəyyən etdiyi qaydada və yerdə keçirilməsi, keçirilən yerdə ciddi hüquq və içtimai asayiş pozuntularının olmaması, polis orqanları ilə aşkar qarşidurmanın yaranmaması müsbət haldır". Onun fikrincə, Milli Şuranın keçirdiyi mitinq deyil, bir qrup insanın çox biabırçı, aşağı səviyyəli yığıncağı idi: " Orda çox az adam vardı. Əksəriyyəti də hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər idi". Onun sözlərinə görə, mitinqdə səslənən fikirlər yalan və böhtandır. Siyavuş Novruzov mitinqin tərkibinin dəyişmədiyini, eyni adamların iştirak etdiyini deyib: "Bir qrup insan bir yerə toplaşıb bir il bundan qabaq nə deyirdilərsə, hansı şüarlarla gəlmişdilərsə, elə də çıxış etdilər. İstər çıxışçıların, istərsə də iştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi. Bunlar elə bil aydan gəliblər və bu cəmiyyətdə yaşamırlar. Mitinqdəki insanların sayı ona görə az olub ki, onları hamı yaxşı tanıyır. Bilirlər ki, bunlar ikiüzlü, riyakar və satqın insanlardır. Müəyyən dairələrin, erməni lobbisinin vəsaitləri hesabına gəlib mitinq edirlər". Siyavuş Novruzov Milli Şuranın sədri Cəmil Həsənlini də ittiham edib: "Cəmil Həsənli deyir ki, parlament legitim deyil. Sən 10 il parlamentdə olanda legitim idi, indi nə oldu? Təhsil Nazirliyinin bütün kollegiyalarında mədhiyyə deməkdən ötrü söz istəyən Cəmil Həsənli, bu gün təhsil sistemini tənqid edir. 5-6 nəfər iqtisadiyyatdan xəbəri olmayan gəlib, indi iqtisadiyyatdan danışır".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, araşdırmaçı və politoloq İlqar Altay bildirib ki, hiss olunur ki, müxalifət itaətsizlik motivi ilə aparılan etirazlarının mənasızlığını başa düşüb: "Bu xalqın yox, siyasi bir qrupun etiraz tədbiri oldu".
Mitinqə münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bunun mitinq yox sadəcə toplantı olduğunu dedi: "Müxalifət son mitinqini başa vurdu. Bu mitinq onların biabırçılığının, rüsvayçılığının göstəricisi idi. İlin sonunda Əli Kərimlinin belə israrla mitinqlər təşkil etməsinin bir məntiqli cavabı var. Görünür bəzi beynəlxalq maraq dairələri hesabatlarındakı bəzi əyri-əskiklikləri düzəltmək üçün Əli bəyin köməyindən yararlanmaq qərarına gəliblər. Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun mitinqi sadəcə toplantıdır. İkinci bir məqam ondan ibarətdir ki, bu adamlar nəinki öz dövlətlərinə, milli maraqlarına, heç özlərinə hörmət qoymurlar. Belə olmasaydı Əli Kərimli və Cəmil Həsənli 700 adamı barmaqlarına dolamazdılar. Bu adamların bir çoxları bekarçılıqdan orda iştirak edirdilərsə, bir çox gənclər boş vədlərinə inanıb ora gəliblər. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, onların cəmiyyətdə heç bir sosial bazası yoxdu, olmayacaq da. Çünki bu baza onlara ümumiyyətlə lazım deyil. Xaricdən verilən dilənçi payları Əli Kərimli ilə Cəmi Həsənliyə həmin bəs edir. Bunlara sadəcə görüntü lazımdı. Deməli müxalifətin mitinqində rəsmi məlumata görə 700 nəfər iştirak edib. Əli Kərimli isə öz profilində status paylaşıb ki, "Şəkillərə baxın görün necə izdihamlı mitinq təşkil etmişik". Ay millət deyək ki, lap 700 nəfər iştirak edib. Şəkillərə baxanda ən azı 200-dən çox jurnalist görürəm, hardasa 150-200 nəfər də tum satan... Yerdə qalır 300 nəfər. Amma çox düşündüm və belə bir qərara gəldim ki, statusda çox maraqlı bir etiraf var: "Fotoalboma baxın, elə bilin ki, özünüz ordaydınız". Yəni hər kəs şəkilə baxıb özünü orda təsəvvür eləsə, xeyli say əmələ gəlir. Məncə magistraturaya imtahan sualları hazırlayan hocalarımızı Əli Kırimli nəntiqindəndən yararlanmalıdırlar. Amma ortaya bir sual çıxır: biz bu mitinqlərə, bu şoulara dözmək məcburiyyətindəyikmi? Məncə yox! Vətəndaş Cəmiyyəti bu sahədə öz sözünü deməli, birgə bəyanatlar hazırlamalıdır. Bu rüsvayçılıqdı, bunun başqa adı yoxdu. Bütün dünya azərbaycanlıları əsirlərimizin azad olunması üçün kampaniyaya başlayıb, gələn il beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyik. Qəti şəkildə deyə bilərəm ki, Əli Kərimli və onun bandası dövlətimizlə bağlı qərəzli hesabatlar hazırlayan bəzi xarici qurumlardan daha təhlükəlidirlər, daha radikaldılar. O, qurumlar ən azından bilirsən ki, hansı lobbiyə işləyirlər. Bunlar elə kimə gəldi işləyirlər. Kim qabaqlarına sümük atdı qaçırlar".

Əli