Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Müharibə variantı işləməlidir”

Müharibə variantı işləməlidir” Siyasət

Müharibə variantı işləməlidir”

Fərhad Mehdiyev: "Biz də kimi isə həbs edə, sonra isə dəyişdirə bilərik"

Erməni tərəfi məhkəmənin azərbaycanlı girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevə dair qərarlarının qanuniliyini bəyan edir. Adıçəkilən şəxslər keçən il separatçı rejimin nümayəndələri tərəfindən işğal edilmiş ərazidə saxlanılıblar və indiyə qədər də girov olaraq qalırlar. Hüquqi nöqteyi-nəzərdən mövcud olmayan dövlətin heç kim tərəfindən tanınmayan hakimiyyətinin D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il həbs cəzasına məhkum edilib. Buna münasibət bildirən politoloq Fərhad Mehdiyev deyib ki, Qarabağda mövcud rejim heç bir dövlət tərəfindən tanınmayıb, beynəlxalq hüquq nöqteyi-nəzərindən o, qanuni sayılmır. Müvafiq olaraq qondarma "Qarabağ məhkəməsi"nin qərarı da qanuni qüvvəyə malik deyil: "Bütün günahları yalnız doğma torpaqlarını görməkdən ibarət olan azərbaycanlılar üzərində aparılan məhkəmə gülüncdür. Əlbəttə, onların poza biləcəkləri heç bir "dövlət sərhəddi" yoxdur. Bu, ümumiyyətlə, müzakirə edilmir.
Bundan başqa, əgər erməni tərəfi azərbaycanlıları, bu torpaqların əsl sakinlərini xarici vətəndaş hesab edirlərsə, o zaman bu adamların müdafiə hüququnu bərpa etməyə məcbur idilər. Təbii ki, bu hüquqların realizəsi sıfır dərəcəsində təmin edilmişdi. "Sərhəd"in "qanunsuz" keçilməsinin özü elə də qorxulu deyil, bu cinayətə görə onilliklərlə həbs və ya ömürlük həbs gözlənilmir. Ona görə də onların "ittihamları" boşa çıxmasın deyə, azərbaycanlıları təxribat və hətta qətldə belə ittiham etdilər.
Separatçıların hərəkətlərində siyasi nüans da var. Erməni tərəfi kompromislərə getmir və hərbi ritorikanı davam etdirir. Daha öncə biz dəfələrlə əsirləri dəyişdirmişik. Bunu bu dəfə də edə bilərdik, amma erməni tərəfi buna razılaşmadı. Bundan başqa, bizim vətəndaşların üzərinə ağır müddəalar qoydular. Bu, Qarabağ separatçılarının kiçik kompromislərə belə getmək istəmədiklərindən xəbər verir. Bəlkə də erməniləri D.Əsgərov və Ş.Quliyevin dəfələrlə qoşunların təmas xəttini keçmələri faktı qıcıqlandırıb. Ona görə də onları sərt cəzalandırmaq istəyiblər ki, digərləri üçün dərs olsun. Bu məsələnin digər tərəfi də var. İnsan haqları üzrə Avropa məhkəməsində 1990-cı illərin ortalarında "Loizidu Türkiyəyə qarşı" adlı iş var idi. Söhbət adanın türk tərəfində anadan olan və sərhədi keçməyə çalışarkən saxlanılan Kipr vətəndaşından gedirdi. Sonra onu azad etdilər, amma söhbət onun, müvəqqəti də olsa həbs edilməsi faktından gedir. Bu iş çox uzun çəkdi, ancaq nəticədə Türkiyə qanunsuz hərəkətdə ittiham edildi.Mənim fikrimcə, burada analogiyadan danışmaq olar. Amma bizim hadisə daha ciddidir, çünki həbs edilmiş vətəndaşlarımız buraxılmadılar, onlara qarşı çox sərt qərar qəbul edildi, bu isə onların azadlıq hüquqlarının ciddi pozulmasıdır".
Onun sözlərinə görə, hüquqi müstəvidə fəaliyyət məncə problematikdir: "Yeganə çıxış yolu Avropa məhkəməsinə Ermənistandan şikayət etməkdir. Amma Ermənistanın da nə edəcəyi bəllidir, onlar Qarabağ separatçıları ilə əlaqədən imtina edəcək, qondarma "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") onlara heç bir aidiyyatı olmayan ayrı bir dövlət olduğunu deyəcəklər. Doğrudur, Avropa Parlamentinin və Avropa Şurasının Ermənistanın işğalçı olması haqqında bəyannaməsi var. Bir neçə il öncə Avropa Parlamenti tərəfindən qəbul edilmiş bəyannamədə Ermənistanın aqressor olması və öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı olduğu deyilir. Amma problem ondadır ki, bu məsələ üzrə Avropa məhkəməsində məsələ qaldırılmayıb. Əgər biz Ermənistanı Dağlıq Qarabağı işğal edib, indiyə qədər işğal altında saxladığına görə, D.Əsgərovun və Ş.Quliyevin İnsan Haqlarının Müdafiəsi Konvensiyasına (əsasən də, Azadlıq və şəxsi toxunulmazlıq – maddə 5, Ədalətli məhkəmə araşdırması hüququ – maddə 6) və əsas azadlıq hüququnu pozduğuna görə məhkəməyə versək, bu, uzun illər çəkəcək. Əlbəttə, əgər biz onları xüsusi əməliyyat nəticəsində qaytara bilsəydik, bizə heç kim heç nə deyə bilməzdi. Bu, bizim ərazidir, bizim vətəndaşlardır, biz onları qanunsuz qərardan xilas edirdik. Amma iki girovun həyatının qurtarılması üçün daha böyük itki ilə nəticələnə biləcək əməliyyatın keçirilməsi ehtimalı azdır və biz buna getmərik. Təbii ki, Azərbaycanın Baş nazirinin müavininin dedikləri bizə ümid verir, amma unutmaq lazım deyil ki, Ramil Səfərov erməni həbsxanasında saxlanılmırdı, o, Avropa dövlətində idi və onu geri almaq daha asan idi". Politoloqun fikrincə, müharibə variantı işləməlidir: "Biz də kimi isə həbs edə bilərik, sonra isə dəyişdirə bilərik. Hərbi əməliyyatlar zamanı dinc əhalinin müdafiəsi barədə 1949-cu il Cenevrə konvensiyası mövcuddur, burada girov götürülənlərin dərhal qaytarılmasına dair müddəa var. Bu müddəanı Azərbaycan və Ermənistan arasında tətbiq etmək olar, amma qondarma "DQR"-da bu konvensiya işləməyəcək. Ermənilərdən fərqli olaraq, biz tutduğumuz təxribatçıları məhkəməyə verməmişik, onları erməni əsirliyində olan vətəndaşlarımıza dəyişmişik. Dəyişmə variantı burada da tətbiq edilə bilər. Əgər əlimizdə dəyişə biləcəyimiz biri olsa ermənilər əlbəttə ki, "Bizdə cinayət məcəlləsinə görə ittiham edilmiş mülki vətəndaşlardır, sizdə isə qaytarmağa məcbur olduğunuz hərbçilər" deyə bəyan edəcəklər. Lakin buna da deməyə söz taparıq. Çünki işğal edilmiş Azərbaycan torpaqlarında kimin hərbi xidmətdə olduğunu bilirik. Bu, Ermənistanın hərbçisi və ya muzdludur. Orada heç bir "könüllü" yoxdur. Muzdlular isə beynəlxalq hüquq nümayəndələrinə görə 1949-cu il konvensiyasının müdafiəsi altına düşmürlər".

Əli