“Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir” Siyasət

“Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir”

Bu barədə Yaponiya səfirinə müdafiə naziri Zakir Həsənov deyib

"Ermənistanın danışıqları uzatması bölgədəki şəraitə mənfi təsir göstərir". Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 3-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edrkən deyib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq səfirə Ermənistanın işğalçılıq siyasəti barədə ətraflı məlumat verib: "Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir. Bunun nəticəsində sülh prosesi yubanır. Ermənistanın danışıqları uzatması isə bölgədəki şəraitə mənfi təsir göstərir".
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.