“Putini yalnız nüvə silahı dayandıra bilər” Siyasət

“Putini yalnız nüvə silahı dayandıra bilər”

Qüdrət Həsənquliyev: "ABŞ və Böyük Britaniya Ukraynaya xəyanət etdi"

"ABŞ və Böyük Britaniya Ukraynaya xəyanət etdi. Ölkələrinin ləyaqətini alçaltmış hər iki ölkənin dövlət adamı adına utanc olan başqanları Putinin qarşısında nə edəcəyini bilməyən çarəsiz uşaqlara bənzəyirlər. Anoloji vəziyyətdə Ukraynanın yeni oyuncaq rəhbərləri də görsənir. Onlar
Obama və Kamerundan öhdəliklərini yerinə yetirməyi belə tələb edə bilmirlər, o ki qalsın, xalqı müdafiə üçün səfərbər etmək".
Bu sözləri "Axar.az"a açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, inqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib: "Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və
Avropa Birliyindən tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər".
Qüdrət Həsənquliyevin sözlərinə görə, Kırımın işğalı dünyada təhlükəsizliyə mənfi təsir edəcək, nüvə silahlarının yayılmasını sürətləndirəcək: "Bu hadisə beynəlxalq öhdəliklərin və hüququn boş şey olduğunu bir daha təsdiqlədi. Bundan sonra İrandan heç kim tələb edə bilməz ki, nüvə silahı yaratma. Belə tələbdə bulunmaq üçün isə son dərəcə utanmaz olmaq lazımdır. Qardaş Türkiyə də bu barədə təcili qərarlar qəbul etməlidir".