İnkişaf - məqsədimizdir Siyasət

İnkişaf - məqsədimizdir

Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, göstərişlərindən ibarət çoxcildliyin 19-cu cildi çapdan çıxıb

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 19-cu cildi çapdan çıxıb. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində prezident İlham Əliyevin Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, göstərişləri öz əksini tapıb.
Kitabda dövlət başçısının İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakı konfransında nitqi, İordaniya Kralının, Ukrayna Prezidentinin Azərbaycana səfərlərinə, Azərbaycanda 1-ci Beynəlxalq "Rus kitabı" festivalında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə keçirdiyi görüşlərə dair materiallar toplanıb.
Bu cilddə, eyni zamanda, prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı "Caspian Outlook – 2008" Bled Strateji Forumunda, İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılış mərasimində nitqi, Antalyada türkdilli dövlətlərin və topluluqların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında nitqi, qarşılıqlı maraq doğuran bir sıra görüşləri, Berlində "Beynəlxalq Bertelsmann – 2006" Forumunda, həmçinin "Demokratiya çağırışı" mövzusunda keçirilən müzakirələrdə dərin məzmunlu çıxışları və suallara cavabları, kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr dərc edilib.
Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib. Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir. "Azərnəşr" tərəfindən buraxılmış 19-cu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.