“Əgər bütün türkdilli dövlətlər Azərbaycan və Türkiyə kimi yüksək münasibətlər qursalar...” Siyasət

“Əgər bütün türkdilli dövlətlər Azərbaycan və Türkiyə kimi yüksək münasibətlər qursalar...”

Fəzail Ağamalı: "Biz daha böyük gücə malik ola bilərik"

"Azərbaycan prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərə qatılması və erməni uydurmalarına qarşı mübarizədə Türkiyənin yanında olması birmənalı şəkildə sübut edir ki, hər iki dövlət ən çətin və sevincli anlarda bir yerdədirlər". Bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. F. Ağamalı qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir: "Əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə münasibətləri bu gün yeni inkişaf mərhələsindədir. Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərə Azərbaycan prezidenti İlham Əliyev başda olmaqla, böyük bir heyətin qatılması Türkiyəyə olan münasibətin yüksək ifadəsidir". Millət vəkili təəssüflə qeyd edib ki, yüksək səviyyədə olan Türkiyə-Azərbaycan münasibətlərinə baxmayaraq, digər türkdilli dövlətlər türk alyansının yaradılması istiqamətində ciddi səy göstərmirlər: "Əgər bütün türkdilli dövlətlər bir yerdə olsalar, Azərbaycan və Türkiyə kimi yüksək münasibətlər qursalar, biz daha böyük gücə malik ola bilərik. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev türkdilli ölkələrin koordinasiyasında böyük xidmətləri olan lider səviyyəsinə qalxıb. Əlbəttə, bu, qürurverici haldır".

Əli