Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
İşğal olunmuş ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparılır

İşğal olunmuş ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparılır Layihə

İşğal olunmuş ərazilərdə qanunsuz arxeoloji qazıntılar aparılır

Ermənilər "arxeoloji qazıntılar" adı ilə milli mədəni abidələrimizi erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar

II yazı

Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlətin talan olunması ilə yanaşı onun tarixi abidələri, maddi mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılır. Qarabağda qanunsuz arxeoloji qazıntılar aparılır, Azərbaycan tarixinin dəyərli maddi – mədəniyyət nümunələri mənimsənilir. Bu sahədə təəssüf ki, effektiv addım ata bilmirik.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələri ümumilikdə götürəndə sovet dövründə hələ natamam olaraq qeydiyyatdan keçirilmişdi. Onun sözlərinə görə, hələ o zaman bu abidələrə səhlənkar münasibət var idi: "Bu ərazidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 893 abidə qeydiyyatdan keçirilmişdi. Amma, halbuki bu ərazidə xeyli sayda tarix və mədəniyyət abidələrimiz qeydiyyatdan kənarda qalıb. Faktiki olaraq biz bu istiqamətdə tədqiqat işlərimizi aparmışıq. Bu sahədə erməni mənbələrini öyrənmişik. Eyni zamanda, biz 2011-ci ildə Ermənistanın hesabatında bir fakt aşkar etmişik. Həmin hesabatda göstərilir ki, işğal olunmuş ərazilərdə 4000 tarix və mədəniyyət abidələri var. Həmin abidələrin siyahısını nəzərdən keçirərkən görürük ki, İslam mədəniyyəti abidələri, türbələr, at, qoç fiqurları orada yer almır. Bunları da həmin hesabatdakı rəqəmin üstünə gələndə işğal olunmuş ərazilərdə təqribən 5000 tarix və mədəniyyət abidəsinin olduğunu deyə bilərik. Bunların da hazırda bir qismi ermənilərin istifadəsindədir, bir qismi dağıdılıb, bir qismi də təmamilə məhv edilib. Bu maddi mədəniyyət nümunələri yeganə tarixi sübutlardır ki, Azərbaycanın indiki ərazilərinin tarixən türklərə məxsus olduğunu sübut edir. Bu məsələyə ciddi diqqət ayırmağımıza səbəb Azərbaycanın mədəni irsinin qorunması və onun təbliğidir. Azərbaycanda hazırda Mədəniyyət və Turizm Nazirliyinin hesabatlarında 3000 abidə qeydə alınıb. İşğal olunmamış ərazilərimizdə belə, yüzlərlə tarix və mədəniyyət abidələrmiz qeydiyyatdan kənarda qalıb. Bu məsələyə diqqət yetirmək üçün bu il tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı təlimatlar kitabını hazırlamışam. Həmən kitab isə Azərbaycan tarixində son 100 ildə çap olunan yeganə kitabdır. Hansı ki, bu istiqamətdə heç bir qəzet məqaləsi belə yoxdur".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, arxeoloq Pərviz Qasımov bildirib ki, hər yay mövsümündə İrəvan Universitetinin kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan, erməni arxeoloqu Qagik Sərkisyan, antropoloq və genetik Levon Yepiskoposyan və bu qəbildən olanlar işğal altındakı Azərbaycan torpaqlarının canına daraşıb "arxeoloji qazıntılar" adı ilə milli mədəni abidələrimizi erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar. Onun sözlərinə görə, onlar beynəlxalq erməni fondlarından maliyyələşdirilərək "arxeoloji ekspedisiyalar" təşkil edirlər. Təəssüfedici haldır ki, işğal altındakı Dağlıq Qarabağda saxtakar erməni "alimindən" və acından ölən 5-6 nəfər erməni fəhləsindən ibarət bu cür üzdəniraq "arxeoloji ekspedisiyalara" artıq xarici dövlətlərdən qoşulan tədqiqatçılar da var: "Azərbaycan qanunvericiliyi ilə ölkə ərazisində arxeoloji qazıntılar aparmaq üçün xüsusi təsisatlar, ilk növbədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ekspedisiyalar təşkil edə bilər. Arxeoloji ekspedisiyanın fəaliyyəti üçün müvafiq mərkəzi və yerli dövlət strukturlarının razılığı və dəstəyi də tələb olunur. Bütün bunlardan kənarda olan, heç bir rəsmi dövlət strukturunun sanksiyasına malik olmayan istənilən məqsədli qazıntı artıq qeyri-qanuni sayılır və cinayət məsuliyyəti yükü daşıyır.
Hər il müxtəlif dövlətlərdə təşkil olunan arxeoloji konfranslarda arxeoloji abidələrin qanunsuz tədqiq edilməsi, qanunsuz qazıntılar nəticəsində əldə edilmiş artefaktların məhvi və ya "qara bazarda" satışı üçün mənimsənilməsi mövzusuna toxunulur. Ümumiyyətlə, bildirək ki, maddi abidələrin tədqiqat zonlarında aparılan bu cür qanunsuz qazıntılara "qara arxeologiya" da deyirlər. Yeri gəlmişkən, Güney Azərbaycandan olan bir ziyalı tanışım mənə bildirmişdi ki, İranda ermənilər işğal altındakı Dağlıq Qarabağın müxtəlif guşələrindən qanunsuz yolla əldə etdikləri müxtəlif əntiq məmulatlarını, artefaktları İranın varlı əntiq kolleksiyaçılarına təklif edirlər. Özü də "qədim ermənilərin sənət əsərləri" kimi saxta ad altında. Əgər ermənilər bunu İranda edirlərsə, görünür, Avropa və Amerika ölkələrində və Rusiyada da talan etdikləri əntiq malları satmaqda heç bir çətinlik çəkmirlər". Arxeoloqun sözlərinə görə, bu gün işğal altında olan ərazilərimiz ermənilərin törətdiyi "qara arxeologiya" ilə üzləşib: "Erməni "qara arxeoloq"larının digər ölkələrdəki cinayətkar həmkarlarından fərqi odur ki, onlar Azərbaycanın tarixi sərvətlərini nəinki "qara bazarda" satmaq üçün mənimsəyirlər, həmçinin, saxtalaşdırmalar apararaq abidələrimizi ermənilərin adına yozmağa çalışırlar. Erməni KİV-ləri işğal altındakı torpaqlarımızdan qanunsuz yolla əldə etdikləri abidələrin, artefaktların İrəvana gətirildiyini belə, açıq-aşkar, çəkinmədən bildirirlər. Hətta erməni "qara arxeoloqlarının" həyasızlığı o həddə çatıb ki, onlar talançı qazıntıları barədə erməni və əcnəbi KİV-lərə məmnunluqla müsahibələr verirlər. Beləliklə, işğal altındakı torpaqlarımızın həm yeraltı təbii sərvətləri, həm də tarixi sərvətləri ermənilər tərəfdən talanmaqdadır. Bu dövlətimiz və millətimiz üçün çox acınacaqlı haldır".
"Bəs bunun qarşısı necə alınmalıdır?" sualını cavablandıran həmsöhbətimiz vurğuladı: "Bu yöndə işlər görülməkdədir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altındakı torpaqlarımızda qalmış tarixi abidələrimiz, erməni "qara arxeologiya"sı barədə həqiqətləri dünyaya tanıtmaqdadır. Dövlətimizin digər orqanları da bu istiqamətdə iş aparırlar. Bu istiqamətdə aşağıdakı təklifləri də əhəmiyyətli hesab edirəm: müvafiq dövlət və elmi dairələrimiz beynəlxalq və digər ölkələrin milli qurumlarını Qarabağdakı erməni "qara arxeologiya"sı və erməni "qara arxeoloq"ları barədə daim məlumatlandırmalıdırlar. Bunun üçün əcnəbi dillərdə olan KİV-lərdən istifadə oluna bilər. İstənilən ölkədə və beynəlxalq səviyyədə tarixi-arxeoloji tədbirlərin (konfransların, simpoziumların və s.) keçirilməsini planlayan əcnəbi və beynəlxalq təşkilat komitələrinə işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz qazıntılar aparan erməni "arxeoloqlarının" siyahısı göndərilməlidir və bildirilməlidir ki, bu çeşiddən olan "qara arxeoloq"ların tədbirə dəvəti həmin tədbirin ciddiliyinə, mötəbərliyinə və imicinə ciddi zərbə olacaq.
İşğal altındakı torpaqlarımızda qanunsuz və talançı qazıntılar aparan istər erməni, istərsə də hər hansı əcnəbi "arxeoloq" barədə Azərbaycan qanunvericiliyinə uyğun cinayət işi qaldırılmalı və cinayətkarın yaxalanması üçün İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməlidir".
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli isə diqqətə çatdırıb ki, Qarabağda aparılan qanunsuz arxeoloji qazıntıların qarşısının alınması istiqamətində fəaliyyət göstərmək təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil. O, həmçinin əlavə edib ki, Arxeologiya və Etnoqrafiya İnstitutu yalnız tədqiqat işləri ilə məşğuldur: "Bu, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyinin sahəsinə aid olan məsələdir. Amma bu o demək deyil ki, biz, bu barədə səsimizi çıxarmamışıq. Biz, dəfələrlə ermənilərin işğal altındakı ərazilərimizdə qanunsuz arxeologiya aparmasına etiraz etmişik. Bu məsələ ilə bağlı yazı yazmışıq, elmi konfranslarda etiraz səsimizi ucaltmışıq. Amma bu işlə məşğul olmaq birbaşa bizim səlahiyyətlərimiz çərçivəsində deyil".
Onun sözlərinə görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki yüzlərlə abidəmiz erməni vandalları tərəfindən kütləvi surətdə məhv edilir və ya özününküləşdirilir: "Dünyanın nadir abidələrindən olan Azıx mağara düşərgəsi erməni işğalçıları tərəfindən əvvəllər hərbi sursat anbarına çevrilmiş, sonra isə orada qeyri-qanuni "arxeoloji qazıntılara" başlanmışdır. Siyasi mübarizə arenasında tam məğlubiyyətini dərk edən Ermənistan işğal faktına tarixi-hüquqi don geyindirmək məqsədilə həmin ərazilərdəki qədim abidələrin guya ermənilərə məxsus olması barədə cəfəngiyyat dolu təbliğat aparır. Ermənistan "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və ona dair 1954-cü və 1999-cu illər protokollarının üzvüdür. Bu Konvensiyada işğal olunmuş ərazilərdə hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklər edilməsi, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi məqsədilə onların istifadəsi qadağan edilib. Buna baxmayaraq, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni arxeoloji qazıntı işləri aparır. Ağdamın işğal olunmuş ərazisindəki elmə çoxdan məlum olan qədim Govurqala abidəsini ermənilər "Tiqranakert" elan edərək orada "arxeoloji qazıntılar" aparırlar. Halbuki "Tiqranakert" adlı qədim şəhər bütövlükdə Cənubi Qafqaz ərazisində mövcud olmayıb".

Əli