Mahmud Fəzli Təbriz zindanının rəisinə qalib gəldi Güney Azərbaycan

Mahmud Fəzli Təbriz zindanının rəisinə qalib gəldi

Məlum olduğu kimi güneyli milli fəal Mahmud Fəzlinin həbsxanada aclıq aksiyasına başlamasının səbəbi Yeni GAMOH uzvlərinin işinə yenidən baxılması ücün onların sənədlərinin Tehrana göndərilməsinə zindan rəisinin öz imzası ilə razılıq verməməsi idi

Bu səbəbdən zindan rəisi ilə M.Fəzli arasında mübahisə də olmuşdu və onu narkomanların olduğu 7-ci bəndə vermişdilər
Bu gün artıq zindan rəisi sənədlərə qol cəkib və Mahmudun xanımı gedib sənədləri göğtürüb və söz verilib ki, Mahmud bəyi əvvəlki yerinə qaytaracaqlar.
Bu səbəbdən Mahmud Fəzli bu gündən aclıq aksiyasını dayandırıb.