“Sevincimin həddi-hüdudu yoxdur” İdman

“Sevincimin həddi-hüdudu yoxdur”

Mariya Stadnik: "Birinci Avropa Oyunlarının çempionu olmaq həyatımda çox mühüm hadisədir"

Birinci Avropa Oyunlarının qızıl medalını qazandığım üçün qürur hissi keçirirəm. Çempion olmaq həyatımda çox mühüm hadisədir.
Mən həm birinci Avropa Oyunlarının idman elçisi və məşəlçisi, həm də qalibi olduğum üçün çox xoşbəxtəm.
Bunu birinci Avropa Oyunlarının çempionu Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.
"Bakı-2015"-in qalibi Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, eləcə də bütün xalqımıza, o cümlədən tamaşaçılara dərin minnətdarlığını bildirərək deyib: "Birinci Avropa Oyunlarında yarışlara başlayanda uğurla çıxış etmək istəyirdim. Buna nail olduğuma görə sevincimin həddi-hüdudu yoxdur".
Qarşılaşdığı rəqibləri arasında polşalı güləşçini daha güclü hesab edən idmançımız birinci Avropa Oyunlarına yaxşı hazırlaşdığı üçün çətinlik çəkmədən çempion olduğunu vurğulayıb.