Ərdoğanın Ruhanidən tələbi Dünya

Ərdoğanın Ruhanidən tələbi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də İran prezidenti Həsən Ruhaniyə zəng vuraraq Tehranla Ankaranın İŞİD-ə qarşı birgə mübarizə aparmasını tələb edib. Telefon danışığında Ərdoğan deyib ki, bölgədəki sabitsizlik, çaxnaşma və qarşıdurmaya son qoyulması vacib əsas məsələlərdən biri sayılır: "İŞİD terror qruplaşması Əl-Qaidənin bir hissəsidir. Bu terrorçu qruplaşmanın fəaliyyətinin davam etməsi islam dünyasına qarşı bir təhlükədir. Elə buna görə də İranla Türkiyənin məntəqədə terrorçu qruplara qarşı birgə mübarizəsi böyük əhəmiyyətə malikdir. Məhz bunları nəzərə alaraq bizim terrorizmə, radikalizmə və İŞİD kimi terrorçu qruplaşmaya qarşı birgə mübarizə aparmağımız zəruridir". "Terrorçu qrupları"ın İraqda və Suriyadakı fəaliyyətindən nigaran qaldığını bildirən İran prezidenti Həsən Ruhani türkiyəli həmkarına deyib ki, bölgədə baş verən olaylar İranla Türkiyənin bir sıra məsələlərdə birgə əməkdaşlıq aparmasını zəruri edir: "Bu vəziyyətin davam etdirilməsi şübhəsiz ki, gec-tez qonşu ölkələrə öz mənfi təsirini buraxacaq. İranla Türkiyə ən çətin şəraitdə də həmişə bir-birinin yanında olublar. Elə buna görə də hesab edirik ki, bölgənin indiki çətin durumunda biz bir-birimizlə yaxından əməkdaşlıq ertməklə region problemlərinin həllinə çalıçmalıyıq".