“Qərb yalnız ağır silahlar, təyyarələr və raketlər vermir” Dünya

“Qərb yalnız ağır silahlar, təyyarələr və raketlər vermir”

"Ümumiyyətlə, hesab etmirəm ki, Qərb Ukraynanı aldatmaqla məşğuldur". Bunu politoloq Qabil Hüseynli Qərblə Ukrayna arasındakı münasibətləri şərh edərkən deyib. Onun sözlərinə görə, Qərb lazım olan qədər Ukraynaya köməklik edir: "Qərb yalnız ağır silahlar, təyyarələr və raketlər vermir. Bunu da ölkədə olan ciddi korrupsiya ilə, islahatların aparılmaması ilə əlaqələndirir. Qərb bunlar olduğu təqdirdə Ukraynaya hər hansı dəstək göstərəcəyini bildirib. Nəzərə almaq lazımdır ki, Ukrayna məsələsi Qərblə - Rusiya arasında prinsipial məsələdir. Bu məsələdə Qərb Rusiyaya zərrə qədər də güzəştə getməyəcək. Gec-tez Ukraynada islahatlar başa çatacaq. Avropa ölkələri, ABŞ müəyyən qədər Ukraynaya yardım edir. Ukrayna özünə gəldikdən sonra bu oliqarxlardan, korrupsiyaya qurşanmış elementlərdən azad olduqdan sonra ölkə normal idarəçiliyə və demokratik dəyərlərə qovuşacaq".