Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Sarkozi, Levi, Klinton və Qəddafinin qızılı

Sarkozi, Levi, Klinton və Qəddafinin qızılı Dünya

Sarkozi, Levi, Klinton və Qəddafinin qızılı

Avropa mətbuatı gizlin məqamlara aydınlıq gətirib

Cavid

Hillari Klintonun dərc olunan yazışması amerikalıların Nikolya Sarkozinin Liviyaya dair əsas motivlərinə və onların Bernar Anri Levi ilə istehzalı münasibətinə şübhə ilə yanaşdığını təsdiqləyir. "Nouvelobs" yazır ki, 2011-ci ildə Liviyada gedən müharibənin ən qızğın çağında amerikalılar Nikolya Sarkazinin əsl motivlərini dərindən araşdırırdılar və Bernar-Anri Levinin bu macərada rolunu rişxənd edirdilər. Bu tarixi dövr ABŞ-ın keçmiş dövlət katibinin şəxsi yazışmasının dərc olunması nəticəsində yaranan qalmaqalın mərkəzində yer aldı. Hilları Klintonun ilin əvvəlində yayılan elektron məktublarında (yeri gəlmişkən, bu məktublarla Dövlət Departamentinin saytında tanış olmaq olar) Fransanın keçmiş prezidenti tərəfindən əsası qoyulan Liviyadakı müharibədən bəhs edilir. 2011-ci ilin aprel ayının 2-də Sidni Blümental (Bill Kllintonun Ağ evdə keçmiş əməkdaşı və Hillarinin köhnə dostu) dövlət katibinə o zamanlar liviyalı üsyançıları dəstəkləyən Nikolya Sarkozinin motivlərinin dəyərləndirilməsinə dair "məxfi" məktub ünvanladı. Bu məktubda söhbət humanitar böhrandan və ya dinc sakinlər üçün yaranan təhlükədən deyil, strateji, iqtisadi və siyasi maraqlardan gedir (və əlbəttə qızıldan).

Məlumat toplayan

"The Washington Post" qəzetində Devid İqnatiusun yazdıqlarına əsasən Blümental Liviyaya dair məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Tayler Dramhellerdən alıb. Digər mənbələr Blümentalın yaydığı məlumatın həqiqətə uyğun olmadığı qənaətinə gəlir, lakin Hillari Klinton (o onu öz komandasına daxil etmək istəyirdi, lakin Ağ ev buna mane oldu) onu dinləməyə davam edirdi: Foreign Policy-in fikrincə, Blümental Klinton üçün "məlumatların qeyri-rəsmi toplayanı" idi. Məktubda Nikolya Sarkozini Liviyada müharibə başlatmağa təşviq edən beş amilin siyahısı qeyd olunmuşdu: Liviya neftində Fransanın hissələrini artırmaq, Fransanın Şimali Afrikada nüfuzunu gücləndirmək, Fransada daxili siyasəti yaxşılaşdırmaq, Fransa ordusuna dünyada öz mövqeyini bərpa etməyə imkan vermək, müşavirlərin Qəddafinin Fransanın Qərbi Afrikada hökmranlığının əvəz edilməsi üçün qurduğu planlara dair narahatlıqlarını aradan qaldırmaq.
Bundan başqa, məktubda Qəddafinin böyük xəzinəyə sahib olduğu da qeyd olunur (143 ton qızıl və təxminən bir o qədər də gümüş). Guya, bu xəzinə hərbi əməliyyatlar başlandıqdan iki həftə sonra Tripolidən Şebhəyə (Liviyanın cənubu) gətirilib.
"Bu qızıl hazırki üsyandan öncə yığılıb və Liviyanın qızıl dinarına əsaslanaraq panafrikalı məzənnənin formalaşması üçün nəzərdə tutulmuşdur. Plan Afrikanın fransız dilli ölkələrinə frankın alternativini təklif etməkdən ibarət idi".

7 milyard dollar

Məktubun müəllifi bu ehtiyyatların 7 milyard dollar təşkil etdiyini bildirir və qeyd edir ki, onun mövcudluğu Liviyada üsyan qaldırıldıqdan sonra fransız kəşfiyyat qrupu tərəfindən aşkarlanmışdı. "Bu, prezident Sarkozinin Liviyada hərbi əməliyyatların başladılmasına dair verdiyi qərara təsir göstərən amillərdən biri idi". O zamanlar Qəddafinin qızılları və onun Afrikaya dair planları haqqında çoxsaylı şayələr gəzirdi, bu isə müxtəlif nəzəriyyə və söhbətlərin yaranmasına zəmin yaradırdı.
Xatırladaq ki, hərbi əməliyyatlar ABŞ-ın dəstəyi ilə (ona nail olmaq asan olmadı) Fransa və Böyük Britaniyanın təşəbbüsü əsasında 19 mart 2011-ci ildə başlanıldı.
Bu məktubdan üç gün öncə, 29 mart tarixində Bernar Anri Levi (o Liviya macəralarının başlanğıcında dayanırdı) "Xoşagəlməyən müharibə" adlı kitabda Nikolya Sarkozi ilə baş tutan söhbətindən danışdı: "Sarkozi "getməyə hazırlaşan" Barak Obamaya hirsli idi". O onunla bir gün öncə axşam danışmışdı. Sərt müzakirələr aparıldı. Çox ciddi və sərt. Və o əmin idi ki, ABŞ kənara çəkilməyə cəhd göstərəcək".
"Qəribədir. Əvvəlcə onlar bunun lehinə idilər, həm də qəti surətdə. Obamanın özü Geyts və Klintonun müdaxilə barəsində apardıqları mübahisədə qəti qərarı verdi. Ancaq indi... Anlamıram, nə baş verir... Mən əminəm ki, o arxaya çəkildi".

Bernar-Anri Levi - faydalı səfeh

"Liviya milli şurasının üzvləri Sarkozinin vaxtaşırı emissarı Bernar-Anri Levini qismən faydalı, lakin yöndəmsiz şəxsiyyət hesab edirlər". Klinton bu məktubu əldə etdiyi zaman Levi Nyu-Yorkda idi. O burada Liviyaya müdaxiləni dəstəkləməyə yönəlmiş məlumat kampaniyasının aktiv təbliğatı ilə məşğul idi. Əgər Klintonun yazışmasına inansaq, dövlət katibi bu vaxtadək Fransanın Liviyada həyata keçirdiyi əməliyyatlara dair şübhələri təsdiqləyən məlumatlar alırdı.
19 aprel tarixində Blümental Liviyanın milli keçid şurasının üzvlərinə (onlar nə fransızların, nə də britaniyalıların onlara qələbə qazanmaq üçün gərəkən silahı verməyəcəklərinə görə narahatlıq hissi keçirirdilər) istinad edərək bunları bildirdi:
"Onlar xüsusilə Fransanın mövqeyi ilə razılaşmırdı, çünki, qeyd edirdilər ki, üsyanın əvvəlində xarici kəşfiyyat qrupunun zabitləri üsyançıların liderləri ilə görüşürdülər və döyüş başlandıqdan sonra köməklik göstərəcəklərinə dair vəd verərək onları Qəddafiyə qarşı çıxış etməyə təşviq edirdilər".
Hillari Klintonun məktuba cavabı: "Aydındır. Ölkənin müstəmləkəsini almaq olar, lakin bu onu müstəmləkə reflekslərindən azad etməyəcək". Blümental, həmçinin, qeyd edir ki, fransız kəşfiyyat qrupu daha çox amerikalılara yaxın hesab etdikləri Xəlifə Həftərin əleyhinə olaraq general Əbdül Fətəh Yunis ilə əlaqələrini genişləndirirdi (Qəddafi ordusunun bu zabiti üsyançıların tərəfinə keçdi)... Yunis naməlum şəkildə 2011-ci ilin iyul ayında öldürülmüşdü, Həftər isə hazırda Liviya böhranında əsas rollardan birini oynayır.

Molyer Yelisey sarayında

Hillariyə ünvanladığı digər məktubda Blümental Sarkozinin, Levinin - "Ərəbistanın Lourensinin" və Karla Bruninin "yaxın" əlaqələrini təsvir edən "The Daily Beast" qəzetinin jurnalistinin "son dərəcə gülməli" məqaləsini qeyd edir.
"Bənzər əsəri yalnız Molyer yarada bilərdi". Bunu Blümental Hillari Klintona yazır, o isə bu xəbəri öz müşavirləri ilə paylaşdı... Təsadüfən yayılan bu yazışma (hər şey Amerika diplomatiyasının rəhbəri vəzifəsində olaraq şəxsi poçt qutusunu istifadə etməyə davam edən Klintonun fəaliyyətinin araşdırılması zamanı baş verdi) yaxın zamanlarda yenidən üzə çıxacaq Liviyanın işinə yeni səhifələr əlavə edir. Bu müharibənin aparılma əsaslılığı və şərtləri İslam dövlətinə qarşı mübarizə aparmaq üçün Liviyada yeni hərbi əməliyyatların (fransız ordusu da daxil olmaqla) başladılması perspektivinin fonunda ön plana çıxa bilər.
Nikolya Sarkozi prezidentliyə namizəd olacağı və bu vəzifədə əvvəllər olduğu müddətdə etdiklərinin nəticələrini, daha dəqiq desək, faciəli fəsadlarla müşahidə olunan qeyri-adi müharibəni yada salacağı təqdirdə bunlar baş verə bilər.