Çeçenistanda rus ordusunun döyüş maşını vurulub Dünya

Çeçenistanda rus ordusunun döyüş maşını vurulub

4 Rusiya hərbçisi həlak olub, daha 7 hərbçi yaralanıb

Çeçenistanda piyadaların döyüş maşını (PDM) partladılıb, nəticədə 4 Rusiya hərbçisi həlak ölub, daha 7 hərbçi isə yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN açıqlamasında bildirilir.
Açıqlamada bildirilir ki, Daxili Qoşunlarına məxsus PDM Çeçenistanın Açxoy-Martan rayonunun Yandi kəndi yaxınlığında partlayıcı qurğuya düşüb, baş vermiş partlayış nəticəsində 4 hərbçi həlak olub, daha 7 hərbçi isə yaralanaraq Qroznıdakı tibbi-sanitar taboruna aparılıb", deyə açıqlamada bildirilir. Faktla bağlı cinayət işi başlanıb.