Məhkəmə Klintonun poçtunu araşdırır Dünya

Məhkəmə Klintonun poçtunu araşdırır

Sabiq dövlət katibinin prezidentliyə namizədliyi ləğv edilə bilər

Məhkəmə ABŞ Dövlət Departamentinə sabiq dövlət katibi Hillari Klintonun dörd il öncəki elektron məktublarını sentyabrın 13-nə kimi onlara təqdim etməyi tapşırıb. Bu barədə Amerikanın CNBC telekanalı məlumat verib. Telekanalın bildirdiyinə görə, ötən gün məhkəmə departamentə sabiq dövlət katibinin Ağ evə yazdığı yeni məktublarını tapıb-tapmadığı barədə sorğu göndərib. Xüsusilə, 2012-ci ilin 11 -13 sentyabrında Liviyadakı Benqazi hadisələri ilə bağlı araşdırmalar məhkəməni ilgiləndirir.
Xatırladaq ki, 2012-ci ilin 11 sentyabrında Benqazidə edilən hücum nəticəsində ABŞ-ın Liviyadakı səfiri və onu müşaiyət edən dör nəfər cangüdəni öldürülüb. Artıq ABŞ prezidentliyinə iddialı olan Klinton ciddi qalmaqal qarşısında qalmaqdadır. O, şəxsi elektron poçtunu xarici siyasətlə bağlı xidməti işlərində istifadə etdiyinə görə ittiham olunmaqdadır. Siyasi dairələr Klintonun amizədliyinin ləğv ediləcəyini də istisna etmirlər.