Boris Conson “Ərdoğanı küncə sıxmayın“ deyib Dünya

Boris Conson “Ərdoğanı küncə sıxmayın“ deyib

"Financial Times" qəzeti yazır ki, Britaniyanın xarici işlər naziri Boris Conson Avropa İttifaqındakı həmkarlarını Türkiyənin ölüm cəzasını bərpa etmək niyyətləri ilə bağlı Ankaranı sıxışdırmamağa çağırıb və nazirləri müəyyən mənada mat qoyub. "Financial Times" Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin sammitində iştitarak etmiş diplomatlara istinadən yazır ki, Britaniya xarici işlər naziri həmkarlarına "Tükiyəni bu məsələyə görə küncə sıxmamağı" məsləhət görüb.
Qəzet yazır ki, prezident Rəcəp Tayyip Ərdoğan ötən iyulda baş vermis uğursuz hərbi çevriliş cəhdinin ardınca özünün 100 mindən çox potensial opponentinə qarşı repressiyalar tətbiq edib. Məqalədə deyilir ki, kağız üzərində hələ də Avropa İttifaqına üzvlüyə namizəd olan Türkiyə ölüm cəzasını məhz təşkilata daxil olmaq məqsədilə ləğv etmişdi.
İndi ölüm cəzasının bərpası ilə bağlı Türkiyə rəsmilərinin bəyanatlarından sonra bir neçə Avropa ölkəsi Ankaranın namizədlikdən çıxarılmasına və onunla üzvlük danışıqlarının dayandırılmasına çağırıb. "Financial Times" yazır ki, diplomatlardan biri cənab Consonun bu məsələyə müdaxiləsini "inanılmaz" adlandılrıb.
Məqalədə deyilir ki, məhz xarici işlər naziri Johnson Britaniyanın Avropa İttifaqından ayrılması üçün kampaniyanın başında dayanırdı. Ərdoğan deyib ki, o Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinı ümumxalq referendumuna çıxara bilər. Brexitin təbliğatı ilə məşğul olan nazir britaniyalıları məhz Türkiyənin Avropa İttifaqına üzv olacağı və Britaniyaya yüz minlərlə türk miqrantın axacağı ilə qorxudurdu...
Lakin xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra Boris Johnson iddia edib ki, o guya əksinə Türkiyəyə Aİ-yə daxil olmaq üçün dəstək verirmiş. "Biz kollektiv maraqlarımız naminə Türkiyəni küncə sıxmamalı, ona aşırı reaksiya verməməliyik" - deyib Boris Conson Reuters agentliyinin bildirdiyinə görə.
Britaniya və Finlandiya da daxil bəzi Avropa ölkələri Türkiyəniin İttifaqa üzvlük danışıqlarını dəstəkləyirlər. Cənab Ərdoğan deyib ki, o Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinı ümumxalq referendumuna çıxara bilər. Ankara Aİ-yə üzvlük üçün danışıqları 1999-cu ildən aparır.