Ərdoğanla bağlı şok sənəd Dünya

Ərdoğanla bağlı şok sənəd

AKP lideri Gülən hərəkatına qarşı mübarizəyə başlayacağını vəd etdi

Türkiyədə Gülən camaatının lideri Fətullah Gülənə aid olduğu iddia edilən yeni sənəd üzə çıxıb. Türkiyə mətbuatının məlumatına görə sənəddə ölkədə aparılan 17 dekabr əməliyyatları zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın öz ailəsi tərəfindən "vurulacağı" və yalnız qalacağı qeyd olunub.
Bildirilir ki, Ərdoğan tək qaldıqdan sonra onun barəsində "terror qruplaşaması" yaratmaq iddiası ilə cinayət işi açıqlacaq. Bütün bunlardan sonra isə Ərdoğana "Terror qruplaşmasının lideri" adının veriləcəyi də Gülənin yeni sənədində öz əksini tapıb.
Ərdoğanla yanaşı, ölkənin enerji və təbi sərvətlər naziri Taner Yıldızında terror qruplaşmasının lideri kimi məhkəmə qarşısında ifadə verəcəyi də sənəddə qeyd olunub.
Türkiyə hökuməti isə sənədlə əlaqədar araşdırma aparılacağını açıqlayıb.
Rəcəb Tayyib Ərdoğan isə hazırda ABŞ-da yaşayan Fətullah Gülənin hərəkatına, eləcə də qeyri-leqal qruplaşmalara qarşı mübarizəyə başlanacağını vəd edib. "Sabah" qəzetinin yazdığına görə Ərdoğan vərəndaşları Gülən hərəkatının tərəfdarlarına münasibətdə ayıq olmağa çağırıb.
Ərdoğan AKP-nin Afyonda təşkil etdiyi görüşdə belə deyib: "Bu ölkəyə xəyanət edənlərin vəzifələrini dəyişdirmək cadugər ovudursa, biz bu cadugərləri ovlayacağıq. Nə qədər ki, nəfəs alıram bu xəyanəti unutmyacağam və bağışlamayacağam. Bunu da bu cür bilin".
Türkiyədə prezident seçkiləri ərəfəsində hökumətə qarşı yeni təxribatların olması mümkündür. Bunu isə ölkənin daxili işlər naziri Əfqan Əla bəyan edib. "Haber7" telekanalının məlumatına görə nazir xəbərdarlıq edib ki, mümkün təxribatların arxasında Gülən hərəkatı dayanır.
Nazir onu da qeyd edib ki, Gülən hərəkatı bununla ölkəni xaosa sürükləməyə çalışır.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.