Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Tramp sunni-şiə münaqişəsində sünnilərin tərəfindədir?

Tramp sunni-şiə münaqişəsində sünnilərin tərəfindədir? Dünya

Tramp sunni-şiə münaqişəsində sünnilərin tərəfindədir?

"Donald Tramp Səudiyyə Ərəbistanında etdiyi çıxışda faktiki olaraq ABŞ-ın sünnilərin tərəfində olduğunu bəyan edib". BBC-yə istinadən bildirir ki, bu sözləri "The İndependent" qəzetində tanınmış Şərq məsələləri təhlilçisi Peter Kokburn yazıb. Tramp Əl-Riyada toplaşmış 55 müsəlman liderini öz ölkələrindəki terrorçuluğun kökünü kəsməyə çağırıb. O az qalıb ki, hətta İranda hakimiyyət dəyişiklliyinə də çağırsın. Halbuki İranda kifayət qədər ədalətli seçki keçirilib. Kokburn yazır ki, Tramp Hizbullahı lənətləyib və Yaxın Şərqi parçalayan təmsili məzhəb müharibəsində ABŞ-ın şiələrə qarşı mübarizədə sünnilərin tərəfində olduğunu nümayiş etdirib. Lakin məqalədə deyilir ki, adətən ABŞ prezidentlərinin Yaxın Şərqə səfərlərinin təsiri həddən artıq şişirdilir və əslində deyildiyi qədər də böyük təsirə malik olmur.
Kokburn yazır ki, Barak Obamanın 2009-cu ildə Qahirədə etdiyi çıxış Trampın çıxışı ilə müqayisədə xeyli düşünülmüş və ölçülüb-biçilmiş nitq idi. Lakin həmin nitqdə də ABŞ-ın xarici siyasətində hər hansı dəyişikliyin olmadığı bildirilirdi. Əslində Trampın çıxışı da belə bir iz buraxacaq. Məqalədə deyilir ki, Donald Tramp özünün ilk səfəri üçün ən avtokratik ölkəni seçib və orada onun çıxışı hökumətin nəzarətində olan media tərəfindən təbii ki, alqışlanacaq. Lakin əslində, Trampın Suriya, İraq, Türkiyə və İran haqqında dedikləri Obamanın dediklərindən qətiyyən fərqlənmir.
Kokburn yazır ki, Trampın 55 müsəlman lideri öz ölkələrində terrorun kökünü kəsməyə çağırması da onların ürəyinə yağ kimi yayılacaq, çünki onlar terror deyəndə, ilk növbədə özlərinə qarşı olan hər hansı müxalifəti başa düşürlər. Məqalədə deyilir ki, belə münasibət Misir prezidenti Əs-Sisi kimi liderlər üçün "Müsəlman Qardaşlığı" təşkilatının məhbəslərdə saxlanmasına yaşıl işıq olacaq. "The İndependent" yazır ki, Trampın Yaxın Şərqdə insan haqları məsələsinə toxunmaması artıq bir çox təhlilçilərin tənqidinə tuş gəlib. Lakin bundan da mühüm olanı onun Ər-Riyadda ümumiyyətlə avtokratlar qarşısında çıxış etməsidir.
Səudiyyə liderlərinə gəlincə isə, onlar şəksiz ki, Trampın İranın terrorun başçısı olduğunu söyləməsini alqışlayırlar. Amma onun məhz bu bəyanatı Yaxın Şərqdəki münaqişələri daha da qızışdıracaq. "Bütün bunları bəyan etməklə Tramp Birləşmiş Ştatları sünni və şiələr arasında qəddar münaqişəyə soxub" – deyə jurnalist yazıb. Kokburn yazır ki, Trampın çıxışının Səudiyyə Ərəbistanı üçün daha bir aspekti də var. Tramp yaddan çıxarır ki, Yaxın Şərqdə "əl-Qaidə" kimi təşkilatların təşəkkül tapmasında neft pullarını vəhhabilik kimi təriqətin yayılmasına qoyan Səudiyyə Ərəbistanı müstəsna rol oynayıb.
"The Express" yazır ki, Trampın Səudiyyə Ərəbistanında etdiyi çıxışa Tehran dərhal reaksiya verib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif məsləhət görüb ki, Amerika 11 sentyabr terror aktını kimlərin törətdiyini, Dünya Ticarət Mərkəzinin qoşa göydələnini kimin uçurtduğunu yada salsın. Məqalədə deyilir ki, indi 70 yaşlı Tramp Səudiyyə ilə 110 milyard dollarlıq silah müqaviləsi imzalamaqla Yaxın Şərqdə davam edən məzhəb münaqişəsinin qızışması üçün zəmin yaradıb.
Londonda yerləşən "əl-Ərəbiyyə əl-Cədid" xəbər şəbəkəsinə müsahibə verən Məhəmməd Cavad Zərif deyib: "Tramp əslində səudlarla terrorçuların və təkfirilərin regiondakı münaqişəni qızışdırmasının qarşısını almaq barədə dialoqa girməli idi". Zərif Trampa müraciətlə deyib: "Siz Dünya Ticarət Mərkəzini kimin yıxdığını öyrənə bilərsiniz. Çünki sənədlər sizdədir. Amma məxfi sənədlərdir. Orada bunu edənlərin səudlar olduğu yazılıb".