Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Xüsusu xidmət orqanlarının müharibəsi : ABŞ-Rusiya

Xüsusu xidmət orqanlarının müharibəsi : ABŞ-Rusiya Dünya

Xüsusu xidmət orqanlarının müharibəsi : ABŞ-Rusiya

2016-cı ilin prezident seçkilərindən sonra öz məğlubiyyətləri ilə hələ də barışmayan Demokratlar Trampın komandasını səsverməyə təsir göstərməkdən ötrü Rusiya xüsusi xidmət orqanlarından kömək almaqda ittiham edirlər. Müəyyən bir vaxtdan sonra, onlar bir qədər də irəliyə gedərək, prezidenti və onun ətrafını "dövlətə xəyanətdə" günahlandırmağa başladılar. Ancaq problem ondadır ki, hazırda Amerika xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən məhkəmənin qəbul edə biləcəyi heç bir sübut irəli sürülməyib.
Bu, həmçinin Britaniyanın "Mİ-6" zabiti Kristofer Stilin Donald Trampın Moskvadakı seks macəraları barəsindəki "dosye"sinə də aiddir. Amerikalı mütəxəssislər bu sənədə çox təmkinlə və ehtiyatla yanaşırlar. "Atlantico"(Fransa) yazır ki, onu da demək lazımdır ki, praktiki olaraq bütün demokratiyalarda məğlub olanlar bu gün özlərinin səhvlərini etiraf etmək əvəzinə, uğursuzluğu hansısa "qara qüvvələr"in adına yazırlar. Amma iş ondadır ki, özləri hakimiyyətə gəldiyi vaxt demokratik sistem onlara xoş gəlir, lakin bunun əksi olanda – hakimyyətə onların rəqibi gələndə, deyirlər ki, seçicilər hansısa qüvvələrin "təsiri altına düşüb". Belə bir vəziyyətdə məğlub olanlar "gizli sövdləşmələr" barəsində danışmağa üstünlük verirlər.
Əgər Rusiya xüsusi xidmət orqanlarının 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində əlləri varsa, onda onların amerikalı həmkarları da, bu siyasi oyunun tərkib hissəsini təşkil edirlər. Hətta Respublikaçılar düşərgəsinin bir çox nümayəndəsi (onların içərisində senator Con Makkeyn də var) Donald Trampın hakimiyyətə gəlişini məğlubiyyət kimi dəyərləndirirlər. Əslinə hər şey daha bayağıdır.
SSRİ-nin dağılması Qərbin başlıca və ən güclü düşməninin ortadan qalxmasına gətirib çıxardı ki, bu da ABŞ-da bəzilərini məyuş etdi. Neokonservatorlar əsasən dövlət vəsaitləri hesabına maliyyələşən Milli Demokratiya Fondu kimi qrupların köməyi ilə Avropa qitəsində öz təsirini genişləndirmək üçün Mərkəzi Avropadakı qarmaqarışıqlıqdan istifadə edib. Bu, "yumşaq güc"ün zəfəri adlandırılıb və lazım olduğu təqdirdə bombardman vasitəsilə "möhkəmləndirilib".
Hərçənd ki, bu təşkilatlar hamı üçün gözlənilməz olan 2011-ci ildəki ərəb inqilabının mənbəyində dayanmamışdılar. Lakin onlar "Müsəlman qardaşları"nı özlərinə tərəfdaş sayırdılar və bu hərəkatların son məqsədi xilafətin şəriət qanunlarını formalaşdırmaqdan ibarət olub. Lakin Qərbdəki həmin "yumşaq güc" belə faktlara göz yumub. "Əl-Qaidə" və "İŞİD"-dən fərqli olaraq, "Müsəlman qardaşları" məqsədlərinə hansı yollar və vasitələrlə nail olunması məsələsində fərqlənirlər.
Ümumiyyətlə isə, Rusiyanın zəifliyindən istifadə edərək öz əlaltı piyadalarını NATO vasitəsiylə irəliyə aparan Amerikan siyasəti neokonservatorlar üçün çox uğurluydu. ABŞ-ın ən böyük yalanı Mərkəzi Avropanı, guya ki, İran raketlərindən qoruyacaq Raket Əleyhinə Müdafiə sistemlərinin yerləşdirilməsi oldu. Bu sistemlərin Avropanı potensial İran raketlərindən həqiqətən də qoruyacağı faktını bir kənara qoysaq, əlbəttə, heç şübhəsiz ki, bu qurğuların hədəfi ilk növbədə Rusiyadır.
Eyni zamanda Vaşinqtonu Yaxın Şərqdə böyük məyusluq gözləyir. Çünki devrilmiş diktatorların yerini tüğyan edən xaos tutur. Əl-Qaidədən qopmuş İŞİD sürpriz oldu. Digər tərəfdən bəzi siyasətçilər (xüsusi xidmətin gözləmədiyi halda) Vaşinqtonun cızdığı davranış xəttinə əməl etməməyə başladılar. Burada söhbət Bəşər Əsəd və Əs-Sisidən gedir. Nəhayət, bu dövr ərzində bir qədər özünə gəlmiş "rus ayısı" bir sıra səmərəli əks-hücumlar edərək, Vaşinqtonun təsir strategiyasına reaksiya göstərib. Artıq ABŞ-ın daha irəliyə gedə bilmədiyi Ukrayna, Gürcüstan və Belarus çəkişmə nöqtəsinə dönüb.
Hər necə olsa da, Rusiya xüsusi xidmət orqanları Amerikadakı seçkilərə böyük "maraq" göstərib. Çünki Hillari Klintonun hakimiyyətə gəlişi Kreml tərəfindən onun neokonservativ baxışları üzündən təhlükə kimi qəbul olunurdu. Yəqin ki, onlar hətta müxtəlif səpkili təsir göstərmə əməliyyatları həyata keçiriblər və bunu Trampın qələbəsi üçün deyil, Klintona qarşı ediblər. Klintona qarşı "təsir kampaniyasi" aparan Rusiyanın "Russia Today" və "Sputnik" kimi mətbuat orqanlarına yönəlmiş ittihamlar tamamilə əsaslıdır. "Azadlıq" radiosu Rusiyadakı seçkilərin gedişi zamanı Ağ Evin siyasətini necə izləyirsə, bu KİV-lər də, o dərəcədə Kremiln təsir dairəsinə daxildir. Faktlara görə Rusiya xüsusi xidmət orqanları Moskvanın maraqlarına toxunulan hər yerdə hücuma keçiblər.
Vladimir Putin anlayır ki, kəşfiyyat, dezinformasiya, korrupsiya və digər aktiv metodlar az xərclə və bir güllə atmadan nəticə əldə etməyə imkan verir. Bəlkə də bu sizi təəccübləndirir, amma belə yanaşmada qəribə bir şey yoxdur. Xüsusi xidmət sisteminə ölkənin maraqlarını qorumaq üçün apardığı kəşfiyyat əməliyatlarına görə pul ödəyirlər. Həm də ki, bu cür fəaliyyətlər bəzi hallarda açıq zorakılıq xarakteri də ala bilər. Necə ki, Obamanın göstərişi ilə, bir sıra neytrallaşdırma əməliyyatlarında olduğu kimi.
ABŞ-la əlaqədar belə bir sual meydana çıxır: Amerika əks-kəşfiyyatı düşmənlərinə layiqli cavab verə bilbmi və ona təqdim olunmuş məlumat əsasında düzgün siyasi qərarlar verilibmi? Xüsusi xidmətin mövcudluğu hökumətlərə (hətta demokratik ölkələrdə) "millətin yüksək maraqları" naminə hərəkət etmək üçün milli və beynəlxalq qanunları küncə çıxmağa imkanı yaradır. Ola bilər ki, bəziləri özlərində yaranmış "mənəviyyat" təsəvvürlərinə görə, bunu qəbul etməsin, lakin indiyədək hakimyyətə gələn kimsə bu orqanları ləğv etmək qərarına gəlməyib. Hələ indiyədək dünyanın heç bir hökuməti xüsusi xidmət orqanından vaz keçməyib. Bu bizə dövlətin normal işləməsi üçün onların əvəzolunmazlığından xəbər verir.
ABŞ Milli Kəşfiyyat Şurasının son məruzəsində yaxın beş il ərzində dövlətlər arasındakı münaqişə riskinin artması dinamıkasından, Avropanın zəifləməsindən, ABŞ-ın beynəxlaq rolunun qeyri-müəyyənliyindən, Çin və Rusiyanın qarşısında yol aça biləcək sülhün və insan haqlarının qorunmasındakı geriləmə barəsində danışılır. Bu cür vəziyyət Teharn və Ər–Riyad, İslamabad və Nyu Dehli arasıda, Koreya yarımadasındakı regional rəqabətə ikinci nəfəs gətirəcək. Milli Kəşfiyyat Şurasının ekspertləri tamamilə haqlıdırlar. Çünki Ər-Riyad və Tehranın rəqabəti Qətərin blokadaya alınması ilə zirvəyə qalxıb, Koreya yarımadasında isə, həm birbaşa və həm də ki, bilavasitə partlayış üçün bir qığılcım kifayətdir.
İstənilən diqqətcil müşahidəçiyə aydındır ki, bütün dünya üzrə gərginlik artır, bəzi liderlər isə hər şeyi uçuruma doğru itələyirlər. Hər şeydə əsas rol ABŞ-a məxsusdur. ABŞ həm iqtisadi və həm də ki, hərbi planda dünyanın birinci dövləti olaraq qalmaqdadır. ABŞ-dakı əsl demokratiya ənənələri onları rasional qərarlar qəbul etməyə yönləndirir. Ona görə də, onlar daxildəki indiki tragikomediya oyununa son verməlidirlər. Çünki bu amerikanların xarici dünya haqqındakı təsəvvürlərini təhrif edir. ABŞ özünə məxsus olan rolu yenidən oynamaqdan ötrü, birinci plana qayıda bilər.
Bundan başqa Donald Trampın öz qarşısında dayanan tapşırıqları yüksək səviyyədə yerinə yetirməsi çox önəmlidir. Ancaq bu məsələdə hələdə şübhələr qalır.