Nyu-York terrorçusunun qeydi tapıldı Dünya

Nyu-York terrorçusunun qeydi tapıldı

Nyu-Yorkda terror aktının törədilməsində şübhəli bilinən 29 yaşlı Seyfullo Saipov terror aktını İŞİD adından həyata keçirib. "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda NBC telekanalı bildirib. "Hüquq-mühafizə orqanlarında olan mənbələrin məlumatına görə, Seyfullo Saipov terror aktını İŞİD terror qruplaşmasının adından törətdiyini göstərən qeydi maşında qoyub", - xəbərdə deyilir.
Həmçinin "Vaşinqton Post"un məlumatına görə, qeyddə Saipovun İŞİD-ə sədaqəti haqqında danışılır. Amerika KİV-inin məlumatına görə, Özbəkistanın 29 yaşlı sakini Seyfullo Saipov terror aktının icraçısıdır. O, 2010-cu ildə ABŞ-a gəlib. Öz mənbələrinə istinadən "Foks Nyus" telekanalı Saipovun "Yaşıl kart"a malik olduğunu bildirib. O, son illərdə Nyu-York yaxınlığında, Nyu-Cersi ştatında yaşayırdı. "CBS Nyus" telekanalı bildirib ki, Saipov "Uber"də sürücü işləyirdi. Onun işlədiyi şirkətin nümayəndəsi də jurnalistlərə bunu təsdiq edib. Hazırda şübhəlinin bioqrafik məlumatlarının yoxlaması aparılır. Daha əvvəl Nyu-York hakimiyyətindən səsləndirilən versiyaya görə, Saipov müstəqil hərəkət edib.