Rusiyadan ermənilərə mesaj - düşmən içəridədir Dünya

Rusiyadan ermənilərə mesaj - düşmən içəridədir

Ermənistanın düşmələrini ölkənin özündə axtarmaq lazımdır "Jamanak" qəzeti Rusiyanın ali rəhbərliyinin (ad soyad çəkilmir) erməni həmkarlarına son zamanlar bu ölkəni kanallarında ortaya çıxan antierməni informasilarının heç bir yolla Federasiya rəhbərliyinin mövqeyi ilə bağlı olmadığını dedikləri barədə yazıb.
Qəzetin yazarları iddia edirlər ki, Rusiya rəhbəliyi bu cür informasiyaların sifarişçisinin Ermənistanın öz daxilində axtarmağın lazım olduğunu da dolayı yolla izahe dib.
Moskva İrəvana xatırladıb ki, NTV telekanalı 2000-ci ildən "Qazprom" şirkətinə məxsusdur. Bu şirkətin ən maraqlı əlaqəsi isə Ermənistanın baş nazir Karen Karapetyanladır.
Qeyd edək ki, Ermənistan və Aİ arasında razılaşma imzalanana kimi Rusiyada populyar olan "Zvezda" kanalı Ermənistanda və Ukraynada baş verənlər arasında müqayisə aparıb. Bundan başqa demək olar ki, ilk dəfə olaraq Rusiya jurnalistikasında erməni siyasətçilərin fəaliyyəti faşistlərlə müqayisə olunub.
NTV-də isə Ermənistan "gəzəyən qız, xəyənatkar arvad" adlandırılıb.