İsrail - İran müharibəsi başlayıb: hələlik Suriya cəbhəsində Dünya

İsrail - İran müharibəsi başlayıb: hələlik Suriya cəbhəsində

"İsrail hərbi hava qüvvələri Suriyada İrana qarşı hərbi bazaya güclü raket zərbələri endirib. Hətta raket zərbələri o qədər güclü olub ki, 2,6 yerin təkində şkala üzrə zəlzələ effekti yaradıb. Bu zələlə effektdi təkcə yerdə deyil, siyasətdə özünü hiss etdirdi. Hazırda Təl-Əvivlə -Tehran indiyə qədər görünmədiyi qədər müharibəyə yaxındırlar".
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, hətta İsrail tərəfindən İranın Suriyada siyasətinə müharibəsi başlayıb: "İsrail baş naziri Binyamin Netanyahunun televiziyada İranın nüvə sənədlərini Mossadın ələ keçirdiyini qeyd etməsi Tehrana qarşı ssenarinin hazır olduğunun göstəricisidir. Yəhudi lobbisinin təsiri altında olan Tramp adminstrasiyasının bir neçə gündən sonra İranla bağlanmış hərtərəfli nüvə sazişinin ləğvinin gündəmə gətirilməsi ilə üst-üstə düşən Netanyahunun televiziya çıxışı təsadüfi deyildi. Amma bu sənədlərin doğruluğu şübhə yaradır və İranın izolyasiyasının tərkib hissəsidir.
ABŞ-ın yeni dövlət katibi Mayk Pompeonun Yaxın Şərqə turnesi çərçivəsində İsrailin Suriyada İran hərbi bazalarına aviasiya ilə hücumu bir daha İrana mesajdı və bundan sonra effektli olacağı, İranın Suriyada güclənməsinin qarşısını alacağının göstəricisidir.
Qeyd edək ki, ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri İrana qarşı hərbi-siyasi ittifaqın qurulmasına yönəlib. Myak Pompeo İsrail, Səudiyyə Ərəbistanı və İordaniyaya səfər edərək, İran ətrafında həlqə formalaşdırmağı, İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı hərbi əməliyytaların aparılması, Suriyada və Yəməndə İranın iştirakının məhdudlaşdırlmasının detalları müzkirə olunub. Bundan əlavə Səudiyyə Ərəbistanı və İsrailin İrana qarşı birgə hərəkəti barədə razılıq əldə olunub.
İsrail daima qeyd edir ki, İranın Suriyada güclənməsinə imkan verməyəcək və onun strateji obyektlərinə qəfil zərbələr endirəcək. Göründüyü kimi, İranın heç bir cavab tədbirləri görməməsi fonunda İsrail qətiyyətlə İranın hərbi obyektlərinə zərbə endirir".
Politoloqun sözlərinə görə İsrail Suriyada İrana qarşı hərbi əməliyyatlarda Rusiyanın razılığı olmadan iştirak edə bilməz: "Çünki Rusiya da İranın Suriyada bu qədər güclənməsinə xoş baxmır və mümkün qədər zəifləməsini istəyir. Nəzərə alsaq ki, Netanyahunun Putinlə telefon əlaqəsi var, demək olar ki, baş naziri kimi ən çox səfər etdiyi ölkə məhz Rusiyadır. İranın İsrailə cavab tədbirləri regionda yeni müharibəyə səbəb olacağı və ABŞ-ında müharibəyə cəlb ediləcəyindən çəkinməsi açıq görünür. Təbii ki, İsrailin Suriyada hərbi əməliyyatları ABŞ-ın planıdır və qəfil zərbələrlə İranı zəiflədilməsinə hesablanıb. İranda bunun fərqində olduğundan, sözdə bəyanatlar verməklə kifayətlənir.
İranla 2015-ci ildə Altılıq ölkələrinin imzaladığı nüvə sazişinin ləğvi gündəmdir, yaxud dəyişdirilməsi tələb olunur. Çünki ABŞ bu sazişin nəticəsində iqtisadi sanksiyalardan azad olan İranın Yaxın Şərqdə güclənməsindən narahatdır. Hər vəchlə, bu sazişi pozaraq İrana sanksiyaların tətbiqinə çalışır. Bununla İranı Yaxın Şərqdə hərbi-siyasi hərəkətliliyini zəiflətmək istəyir.
İran Suriyada və Yəməndə güclənməklə, İsrail və Səudiyyə Ərəbistanını gərginlikdə saxlamağı, ABŞ-ın region siyasətinin qarşısını almağı, özünə qarşı hər hansı hücum taktikasını kənara daşıyır. Bütövlükdə İran teokratik rejiminin siyasəti regiona sülh deyil, siyasi sabitsizlik ixrac edir. Demək olar ki, İrana qarşı düymə basılıb. ABŞ-İsrail və Səudiyyə Ərəbistan üçlüyü İranı regiondan çıxaracaq. Tehranın Suriya və Yəməndə siyasəti bir müddətdən sonra ABŞ-ın xeyrinə dəyişəcək. İranın iki cəbhədə müharibə aparmaq resurslarına malik deyil. Bu gün Yəməndən Səudiyyə Ərəbistanına atılan ballisitik raketlər İranın necə bir oyunçu olduğunu, Səudiyyə və İsrailin yuxusunu qaçırdığı aydın görünür. Təbii ki, ABŞ rəsmi Tehranın bu siyasətinin bir müddətdən sonra qarşısını alacaq".