Rusiya Tereza Meyi yalan danışmaqda suçladı Dünya

Rusiya Tereza Meyi yalan danışmaqda suçladı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniya hökumətini ittiham edib.
Rusiya KİV-nin məlumatına görə, Zaxarova bildirib ki, Britaniyanın baş naziri Tereza Meyin hökumətinin yalanları üzə çıxır.
"Duman dağılır və Tereza Mey hökumətinin çoxsaylı yalanları dəqiqliklə ortaya çıxır. Birincisi, Britaniya hökuməti deyirdi ki, ekspertlər Sergey Skripalı zərhərləyən maddənin hazırlandığı ölkəni bilirlər. Lakin Porton Doun laboratoriyasının rəhbərinin timsalında Britaniya ekspertləri bunu təkzib etdilər"-deyə Zaxarova qeyd edib.
XİN nümayəndəsi söyləyib ki, Rusiya Britaniyanın şəxsi maraqlar naminə beynəlxalq hüquq normalarını tapdaladığını öyrənib.
"Tereza Mey hökumətinin başqa bir yalanı budur ki, bu maddə guya Rusiyada istehsal edilib. Çexiya prezidenti Miloş Zeman isə bunu təkzib etdi və dedi ki, həmin maddə ölkəsində istehsal edilir".
Qeyd edək ki, Miloş Zeman sinir-iflic edici zəhərin Çexiyada istehsal edildiyini anbara yığıldığını bildirib.
Xatırladaq ki, bu ilin martın 4-də Britaniyanın xeyrinə casusluqda ittiham edilən Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya Skripal Solsberidə "Noviçok" maddəsi ilə zəhərlənib.
Britaniya tərəfinin versiyasına görə, sinir-iflic edici maddə Rusiyada hazırlanıb. Rəsmi Moskva isə ütün ittihamları rədd edib.
Hadisədən sonra ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa bir neçə ölkə bəzi Rusiya diplomatlarını ölkələrindən çıxarmışdı.