İki dövlətin Suriya çatı üzərində münasibətləri... Dünya

İki dövlətin Suriya çatı üzərində münasibətləri...

Rusiya, Türkiyə və İran alyansında atmosfer getdikcə daha gərgin olur. Tehran Rusiya rəhbərliyinin bütün xarici kontingenti Ərəb Respublikasının ərazisindən çıxarmaq çağırışına cavab verərək, xatırladıb ki, Dəməşqin rəsmi dəvətilə oradadır. Bu bəyanatlar mübadiləsini ekspert mühitində Suriya üzrə Moskva və Vaşinqton arasında mümkün södvələşmənin sübutu sayırlar. Deməli, ABŞ-ın Rusiyaya tələblərindən biri İrana basqı ola bilərdi. İslam Respublikası XİN rəsmi təmsilçisi Bəhram Qasimi bildirib: "Kimsə İranı nəsə etməyə vadar edə bilməz".
"Strateq" "Nezavisimaya gazeta"ya istinadən yazır ki, Duplomatın sözlərinə görə, İran qüvvələri "terrorizmə qarşı mübarizə və ərazi bütövlüyünün müdafiəsində" yardım üçün müraciət edən hökumətin dəvətilə münaqişə yaşayan ölkədə iştirak edirlər. Qasimi əlavə edib ki, İran tərəfinin Suriya münaqişəsində iştirakı "Suriya hökumətinin İranın yardımına ehtiyacı olduğu qədər sürəcək".
Xatırladaq ki, Tehran özünün nizami birləşmələrinin Suriyada hərbi əməliyyatlarda iştirakını etiraf etməyib. İran rəsmilərinin sözlərinə görə, Ərəb Respublikasında onların ancaq müşavirləri var. Rusiya prezidenti Vladimir Putin keçən həftə Soçidə suriyalı həmkarı Bəşər Əsədlə danışıqlardan sonra bildirib: "Bundan çıxış edirik ki, Suriya ordusunun terrorizmlə mübarizədə xeyli qələbə və uğurlarıyla, siyasi prosesin daha fəal mərhələsinin başlanmasıyla bağlı xarici hərbi qüvvələr Suriya Ərəb Respublikasının ərazisindən çıxarılacaq". Putinin Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyev onun qoşunların çıxarılması haqda sözlərini izah edərkən əminlik ifadə edib ki, "hər şey kompleks halda edilməlidir".
O deyib – Moskvanın çağırışı münaqişənin bütün xarici iştirakçılarına ünvanlanıb. "RİA Novosti" söhbətin Rusiya kontingentindən getmədiyini qeyd edən özəl təmsilçidən sitat gətirir: "Bu, o cümlədən, həm türklər, həm amerikalılar, həm "Hizbullah", əlbəttə, həm də iranlılardır".
Ekspert mühitində bu cür bəyanatlar mübadiləsində Qazaxıstanda razılaşdırılan Suriya barışığının zaminləri – Rusiya, İran və Türkiyə arasında gərginlik əlamətləri görürlər. "Astana prosesinin gedişində bu cür məqamlar əvvəllər də üzə çıxıb", – Beynəlxalq məsələlər üzrə Rusiya şurasının eksperti Anton Mardasov "NG"-yə xatırladıb: "Lakin ümumi məqsədlər üzündən bunu hər cür malalayıblar. İndi Dəməşq praktik olaraq təhlükəsizlik zonaları ilə bölünməyən bütün əraziyə nəzarət edərkən bu ərazilərin münaqişə sonrası idarəçiliyi və qalan zonalara nəzarət edən xarici tərəflərlə güzəştlərin əldə edilməsi haqda məsələ qarşıda durur. Aydındır ki, Qərblə dialoqda İranın iştirakı məsələsi üzə çıxır. İstisna deyil ki, Rusiya təmsilçiləri amerikalılarla buna görə danışıqlar aparırlar ki, onlar Suriyada iştirakı azaltsınlar və kürd protektoratı məsələsini həll etsinlər. Bu, baş verə bilər, amma ehtimal ki, Suriyada İranın iştirakının azaldılması əvəzində. Məndə belə bir şübhə var".
Ekspertin sözlərinə görə, RF-nin sövdələşməsi təkcə Amerika ilə deyil, həm də Fars körfəzi ölkələrilə aparıla bilər. Analitik hesab edir ki, İordaniyada bağlanan və Suriyanın cənubuna toxunan sazişlər İran birləşmələri haqda RF və Qərb arasındakı hansısa güzəştə işarə edirdi. "Hər şeyə əsasən, Rusiya İrana təsir etməliydi, amma bu, baş vermədi", – Mardasov hesab edir: "Bu bəyanatlar (Rusiya hökumətinin- "NG"), ola bilsin, siyasi həll əldə edilərkən nəsə vəd edən hansısa xarici tərəflərlə danışıqlar fonunda daha çox siyasi məqsədi yerinə yetirir".
Ekspert deyir ki, bu zaman Rusiyadan təkcə İrana basqı deyil, həm də Suriya müxalifətinin danışıqlara daxil edilməsini gözləyə bilərlər. Lakin Mardasovun sözlərinə görə, İrandan bütün qüvvələri Suriyadan tam çıxarmağı tələb etmək mənaszıdır: "Fərqi yoxdur, Tehran maliyyələşdirdiyi müxtəlif çoxlu yerli qruplaşmalar vasitəsilə orada qalacaq, İranın iştirakı azaldıla bilər, amma Tehranın qoşunları heç hara getməyəcək". Analitikin hesab etdiyinə görə, Rusiyanın İrana basqı üsulları var. "Bu, İsraildir. Buna görə də yəhudi dövlətinin Suriyaya zərbəsi Rusiyaya çox sərfəlidir".
Amerika rəhbərliyi elə hey İrana təzyiqə çağırır. O cümlədən, Suriya münaqişəsindən söz düşərkən Rusiyaya. ABŞ dövlət katibi Mayk Pompeo "Heritage" fondunda çıxış zamanı bildirib: "Hizbullah" İranın sayəsində Suriyada hərbi kampaniya üçün özünün yerüstü qoşunlarından faydalanır. İslam İnqilabı Keşikçiləri Korpusu da Əsədin qanlı rejiminə əl tutmaq və bu ölkəni qətl məkanına çevirmək üçün minlərlə döyüşçünü Suriyaya göndərməyi davam etdirir". Amerika duiplomatiyasının başçısı əlavə edib: "Rejim öz vətəndaşlarına yardım etmək əvəzinə İran sərhədindən Aralıq dənizi sahillərinədək uzanan dəhliz yaratmağı davam etdirir. İran istəyir ki, bu dəhlizlə İsrail hüdudlarına qırıcılar və qabaqcıl silah sistemləri getsin". İran XİN Pompeonun çıxışını daxili işlərə qarışmaq adlandırıb və vəd edib ki, "İran millətinə qarşı destruktiv, qanunsuz və güc mövqeyindən atılan istənilən addımın nəticələrinə görə məsuliyyət ABŞ hökumətinin üzərinə düşəcək".