“CBC Sport” ÇL-də "Qarabağ"ın bu oyunlarını yayımlamayacaq İdman

“CBC Sport” ÇL-də "Qarabağ"ın bu oyunlarını yayımlamayacaq

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada (İTV) yayımlanacaq.

Telekanaldan Xalqcebhesi.az-a verilən məlumata görə, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/2026-cı illər mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək.

Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.

Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.