

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Tbilisi Şəhər Məhkəməsi korrupsiyada ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri Xuanşer Burçuladzenin barəsində həbs qətimkan tədbiri seçib.
"Report" xəbər verir ki, bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb.
Həbs qərarını hakim Yekaterina Barbakadze çıxarıb. Bu, prokurorluğun sabiq nazir barəsində tələb etdiyi qabaqlayıcı tədbir idi. Müdafiə tərəfi məhkəməyə Burçuladzenin 100 min lari (37 min dollardan çox) məbləğində girov müqabilində azadlığa buraxılmasını təklif edib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) sentyabrın 11-də Burçuladzeni saxlayıb.
11:39
Gürcüstan Prokurorluğu ölkənin keçmiş müdafiə naziri Xuanşer Burçuladzeyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı irəli sürüb.
Bu barədə "Report"un Gürcüstan bürosu prokurorluğa istinadən xəbər verir.
Prokurorluğun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Burçuladze 2023-cü ildə müdafiə naziri vəzifəsində olarkən səlahiyyətlərindən sui-istifadə edərək yaxın qohumlarının maraqlarını təmin edib.
İttihama əsasən, o, nazirliyin digər vəzifəli şəxslərinin köməyi ilə hərbi hospital üçün tibbi avadanlıqların alınmasında rəqabətədavamlı mühitin qarşısını alıb. Nəticədə avadanlıqların dəyəri 2,6 milyon laridən 3,9 milyon lariyə qaldırılıb və Müdafiə Nazirliyinə 1,3 milyon laridən çox ziyan vurulub.
Bundan əlavə, sabiq nazirin qeyri-qanuni gəlirlərini gizlətmək üçün müxtəlif əməliyyatlar həyata keçirdiyi iddia olunur. O, 2025-ci ilin yanvarında həyat yoldaşı ilə birlikdə İspaniyada 544 min avroya daşınmaz əmlak alıb. Bu məbləğin mənşəyini ört-basdır etmək məqsədilə Gürcüstanda saxta alqı-satqı müqaviləsi bağlandığı bildirilib. Həmçinin, Burçuladze həmin əmlakı 2025-ci ilin martında məmur bəyannaməsində göstərməyib.
Sabiq nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsi (qanunsuz gəlirlərin leqallaşdırılması) və 332-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham irəli sürülüb. Qanun bu əməllərə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq davam etdirilir.