 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 14 Sentyabr 17:44
14 Sentyabr 17:44 1 918
1 918
Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib.
Qeyd edilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 924
924 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 022
1 022 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 036
1 036 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    