Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib Dünya

Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu ən sərt şəkildə pisləyib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Xayber Paxtunxva əyalətində törədilən terror hücumu nəticəsində baş verən insan təlafatına görə dərin kədər hissi keçirildiyi bildirilib.

“Bu mənfur terror hücumunu ən güclü şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik”, - açıqlamada qeyd olunub.