
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 14-dən 15-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacaq
Sentyabrın 15-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz 7-12° isti olacaq.