

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sentyabrın 12-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində Başqırdıstan Respublikasının paytaxtı Ufada yerləşən “Başnafta-Novoil” neft emalı zavoduna hücum edilib.
APA UNİAN-a istinadən xəbər verir ki, kamikadze PUA-ların hücumundan sonra obyektin ərazisində güclü partlayışlar olub və irimiqyaslı yanğın başlayıb.
İlkin məlumata görə, partlayışlar xüsusilə neftin ilkin emalının vakuum sütununa xeyli ziyan vurub.
Respublikada PUA təhlükəsi ilə bağlı Ufa hava limanının fəaliyyətini dayandırdığı, şəhərdə mobil internetin kəsildiyi bildirilir.
Rusiya tərəfi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.