27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
13 Sentyabr 22:00
2 800
Budapeştdə korrupsiyaya və Macarıstan hökumətinə qarşı 100-ə yaxın adamın toplaşdığı mitinq keçirilib.
Xalqcebhesi.az xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.
Şəhərin mərkəzinə toplaşan aksiya iştirakçıları daha sonra Macarıstan parlamentinin binasına doğru yürüş ediblər. Etirazçılar Macarıstan hökumətinin və şəxsən ölkənin baş naziri Viktor Orbanın korrupsiyasını tənqid edən şüarlar səsləndiriblər.
Mitinqin təşkilatçıları iş adamı Jozsef Felföldi və opera müğənnisi Silvia Toth-Beeri olub. Onların fikrincə, aksiya sırf korrupsiyaya qarşı yönəlib. Kütlə qarşısında yalnız ictimai xadimlər danışırdı; heç bir partiyanın üzvləri iştirak etməyib.
Məryəm Quliyeva
27 Dekabr 18:22
1 673
27 Dekabr 11:23
1 743
27 Dekabr 10:56
1 757