Rusiyada yaşayış minimumu artdı Dünya

Rusiyada yaşayış minimumu artdı

Rusiya hökuməti yaşayış minimumunun artırılması haqda qərar qəbul edib. "Media forum" saytının məlumatına görə, 2014-cü ilin 1-ci rübündə Rusiya üzrə yaşayış minimumu 7 min 688 rubl (143 manat), əmək qabiliyyətli əhali üçün 8 min 283 rubl (186 manat), təqaüdçülər üçün 6 min 308 rubl (142 manat), uşaqlar üçün 7 min 452 rubl (168 manat) olub.
Sənəddə 2014-cü ilin birinci rübündə yaşayış minimumunun 2013-cü ilin 4-cü rübü ilə müqayisədə 5,1%, əmək qabiliyyətli əhali üçün 4,9%, təqaüdçülər üçün 4,7%, uşaqlar üçün 6,1% artdığı göstərilib.
2013-cü ilin 4-cü rübündə Rusiya üzrə yaşayış minimumunun orta həddi 7 min 326 rubl (169 manat) olub. 4-cü rübdə Rusiya əhalisinin orta aylıq gəliri 30 min 400 rubl (703 manat) təşkil edib. Rübün nəticələrinə görə, Rusiyada minimum əməkhaqqı 5 min 205 rubl (120 manat) təşkil edib. Minimum əməkhaqqı yaşayış minimumunun 69,5%-i qədərdir.