Venesuela qarışdı Dünya

Venesuela qarışdı

Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib. Venesuela parlamentinin spikeri Xuan Quaido özünü müvəqqəti hökumətin müvəqqəti dövlət başçısı elan edib. RiaNovosti xəbər verir ki, ABŞ Quaidonun idarəçiliyini tanıyıb və qanuni dövlət başçısı hesab etmədiyi prezident Nikolas Madurodan tələb edib ki, müxalifətə qarşı hərbi qüvvə istifadə etməsin. Maduro özünü konstitusiya yolu ilə seçilmiş prezident elan edib. Müxalifət parlamentinin başçısını isə "ABŞ-ın marionetkası" adlandırıb.
Quaidonun bu qərarını ilk olaraq ABŞ Prezidenti Donald Tramp dəstəkləyib və onu ölkənin qanuni prezidenti kimi tanıyıb. ABŞ-ın ardınca Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan da Quaidonu prezident vəzifəsinin icraçısı kimi tanıyıb. Bundan başqa, Avropa Parlamentinin rəhbəri Antonio Tayani, Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Federika Moqerini də Quaidonu dəstəkləyib.
Meksika, Rusiya və Türkiyə isə Madorunu dəstəklədiklərini və onu Venesuelanın qanuni prezidenti kimi tanıdıqlarını bəyan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hətta Tvitter səhifəsində Maduronu dəstəkləyən açıqlama verib. "Qardaşım Maduro, möhkəm dayan, biz səninləyik", - Ərdoğan dəstəyini belə ifadə edib.
Əfsanəvi futbolçu Dieqo Maradona da Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləyib və onun qanuni prezident olduğunu bildirib. Özünü Venesuela prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı elan edən Xuan Quaido ölkədə baş verən etiraz aksiyaları zamanı həlak olanların ailələrinə başsağlığı verib. "Mən yaxın saatlar ərzində aksiyalar zamanı venesuelalıların öldürüldüyünü öyrənərkən bu acını ifadə etməyə söz tapa bilmirəm. Mən onların ailələrini əmin edirəm ki, bizim vətənimizdə ədalət və sülh hökm sürəcək", - Quaido bildirib.
Quaido onu dəstəkələyən dövlət başçılarına öz təşəkkürünü bildirib. "Xalqın iradəsini dəstəklədiyiniz üçün bütün Venesuela adından sizə təşəkkürümü bildirirəm", - Quaido bildirib. Etirazçılar Venesuelanın paytaxtı Karakasın qərbində milli polisin yük avtomobilini ələ keçiriblər. "Bir qrup kişi küçələrdəki ciddi toqquşmalardan sonra milli polisin yük maşınından səs-küylə çıxaraq qaçdılar" , - şahidlərdən biri belə deyib.
Çərşənbə günü Venesuelada dövlət əleyhinə nümayişlər keçirilib. Portuqesa, Barinas, Taçira, Karakas, Amasonas və digər ştatlarda 16 nəfər həyatını itirib. Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələrini kəsdiyini deyib. Türkiyə mediasına istinadən xəbər verir ki, Maduro ABŞ-lı diplomatların ölkəni 72 saat içində tərk etməyini istəyib.
Venesuelanın milli təhlükəsizlik naziri Vladimir Padrino bildirib ki, özünü "müvəqqəti prezident" elan edən Juan Guaidonun prezidentliyini ordu qəbul etməyəcək. Prezident Maduro paytaxt Karakasda müxalifətin təşkil etdiyi nümayişlərə səslənərək vurğulayıb ki, rəsmi Karakas ABŞ ilə siyasi və diplomatik əlaqələrini kəsir.
Böyük Britaniyanın Avropa və Amerikadan məsul dövlət naziri Alan Dunkan Venesueladakı hadisələrlə bağlı "Siyasi böhran kifayət qədər uzun çəkdi. İndi bütün venesuelalılar üçün sülh yolu tapmaq vaxtıdır" deyib. Duncan tvitter hesabından Venesueladakı bütün prosesləri diqqətlə izlədiyini bildirib.
Almaniyanın xarici işlər naziri Heiko Mass da tvitterdə "Bütün tərəfləri ehtiyatlı olmağa və şiddətə baş vurmamağa çağırıram. AB-dəki müttəfiqləmizlə orta yol tapacağıq" deyə qeyd edib. Danimarkanın xarici işlər naziri Anders Samuelsen də tvitterdən verdiyi açıqlamada "Venesuelada yeni umid doğduğunu" bildirib: "Danimarka daim qanuni seçilmiş demokratik qurumları dəstəkləyəcək. Juan Guaidonun daxil olduğu parlamenti də". Kanada və Cənubi Amerika ölkələri olan Braziliya, Kolumbiya, Paraqvay da Guaidonun müvəqqəti hakimiyyətini tanıdığını açıqlayıb.