Trampın həbs edilən dostu məhkəmə qarşısında - “Rusiya izi” Dünya

Trampın həbs edilən dostu məhkəmə qarşısında - “Rusiya izi”

Rocer Ston "Rusiya izi" çərçivəsində irəli sürülən ittihamları rədd edib.
Ston ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası dövründə sözçüsü olub.
Barəsində həbs qərarı verilən Rocer Ston Vaşinqtonda məhkəmə qarşısına çıxarılıb. Ston prokurorluğun ona qarşı irəli sürdüyü 7 iş üzrə ittihamı rədd edib.
Qeyd edib ki, şahidi yalan ifadə verməyə məcbur etmək, araşdırmaya mane olmaq və Konqresə yalan ifadə vermək kimi ittihamları qəbul etmir.
Sabah onun yenidən məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, "Rusiya izi" araşdırmasını aparan xüsusi prokuror Robert Müllerin göstərişi ilə Rocer Ston ötən gün həbs olunub.
Rocer Stonun Donald Trampa yaxın dost olduğu deyilir.