Tramp-Ərdoğan-Putin üçbucağında Suriya sövdələşməsi Dünya

Tramp-Ərdoğan-Putin üçbucağında Suriya sövdələşməsi

Tələyə kim düşəcək?
Astana üçlüyünün Soçi sammitinin ən önəmli yekunu Suriyada "bölgəsəl cəbhə"də "təhlükəsizlik zonası"nın yaradılması üçün ABŞ-la sövdələşən Ədalət və İnkişaf Partiyasını (AKP) saxlamaq üçün Moskvanın səylərinin davamı olub. ABŞ prezidenti Donald Trampın Suriyanın şimalında Türkiyə ilə birgə yaratmaq istədiyi "təhlükəsizlik zonası"nı onun qoşunları Suriyadan çıxarmaq qərarı kontekstində Suriyanın şimalında da İraqdakı kimi muxtar bölgə yaratmaqla bağlı ilk tələ sayırıq… AKP hökuməti isə bu tələ üçün öz tələsini qura biləcəyinə ümid edir! Deməli, AKP hökuməti hesab edir ki, bölgə üzərində nəzarət Ankarada olarsa, ora "Demokratik Birlik" Partiyasının (PYD) deyil, Ankaranın təsiri altında Azad Suriya Ordusunun (ASO) muxtar bölgəsi olacaq!
"Strateq" "Cumhuriyet"ə (Türkiyə) istinadən yazır ki, heç şübhəsiz, İraq təcrübəsiylə yaxşı tanış olanlar üçün aydındır ki, bu, tələ üçün tələ qurumaq deyil, tələyə düşməkdir. Rusiya prezidenti Vladimir Putin AKP-nin bu tələyə düşməsinə yol verməmək üçün "Adana sazişi"ni Ərdoğanın yadına salıb! Bu, qarşılıqlı öhdəliklərin mövcudluğu şəraitində terrorzimlə mübarizə kontekstində xeyirxah qonşuluq münasibətləri haqqında sazişdir.
Putin Adana sazişi ilə ABŞ-la AKP-nin arasına paz vursa da, Ərdoğan bu sənəddən yapışaraq güman edir ki, Suriyadakı əməliyyatlar üçün ondan hər şeydən qabaq hüquqi əsas kimi yararlana bilər. Bununla belə, AKP-nin indiki siyasəti baxımından Adana sazişi iki maneəyə malikdir.
1. O, Ankaraya Suriya ərazisində beş kilometr dərinliyə qədər (2010-cu il sazişində dərinliyin hüdudları göstərilmir) ərazidə terrorizmlə mübarizə aparmaq imkanı verir. Amma Türkiyə SQ-nin birləşmələri indi haradasa 70 km dərinlikdə yerləşir.
2. O, tərəflərin qarşılıqlı öhdəliklərini tətbiq edir. Yəni Dəməşqin terrorçu təşkilat saydığı ASO bu durumda Ankara üçün problemli müttəfiqə çevrilir.
Yaxşıdır, amma 2010-ci il 14 dekabr tarixli prinsipial Tramp-Ərdoğan anlaşması tamamilə təxirə salınıb? Hələlik bunu iddia etmək tezdir. Axı Ağ Evin ilyarım boyunca Ankaraya səfir təyin etməməsi, bu posta namizədi Senata tədqim etməsi və ABŞ və Türkiyə müdafiə nazirləri arasında "təhlükəsizlik zonasına kimin nəzarət edəcəyi" haqda danışıqlar aparması göstərir ki, Ankara və Vaşinqton arasında qabaqkı kimi alver gedir.
Son durum Tramp üçün yeni imkan yaradıb: Suriyanın şimalında ABŞ-ın avropalı müttəfiqləri ilə birlikdə təhlükəsizlik zonasının yaradılması. Tramp belə bir gedişlə sıradakı üstünlükləri əldə edə bilər:
1) Tramp Ərdoğana göstərər ki, onun bu məsələdə tərəfdar axtarışında başqa variantları da var və sövdələşməni davam etdirə bilər;
2) İrana görə AB ilə toqquşan və Polşada Yaxın Şərq üzrə keçirilən konfransda bu problemi aşa bilməyən Tramp "kürdlərin müdafiəsi" zəminində Suriyada öz müttəfiqlərilə birgə hərəkət etmək imkanı əldə edər;
3) plana əsasən, təhlükəsizlik zonasında 1,3 min Britaniya, Fransa və Almaniya, habelə 200 ABŞ hərbçisi yerləşəcək; Tramp bu qayda ilə həm də qoşunların çıxarılmasına qarşı çıxış edən Pentaqonu qismən qane edəcək.
Və budur, Astana üçlüyünün Soçidə dördüncü sammiti bu şəraitdə baş tutub və Ərdoğana üç siqnal verilib.
1.Türkiyənin məsuliyyət zonasında yerləşən İdlibdəki durum idarəolunmaz olarsa, müdaxilə həyata keçiriləcək.
2. Dəməşqlə dialoqa keçmək gərəkdir.
3. ABŞ-sız təhlükəsizlik zonasına şərti "bəli".
Ərdoğanın "Biz gələcəyimizi 1998-ci il Adana sazişi çərçivəsində dəyərləndiririk" sözləri göstərir ki, siqnal qəbul edilib…
Bir sözlə, Trampa indi daha böyük kökə gərəkdir! Kəşfiyyatlar səviyyəsində başlanmış Ankara-Dəməşq dialoqu daha yüksək səviyyəyə nə qədər tez qalxarsa, Suriya məsələsinin siyasi tənzimlənməsi bir o qədər yaxın olacaq.
Axı "Astana" və "Suriya üzrə kiçik qrup" arasında ən yaxın vaxtda "konstitusiya komitəsi" müstəvisində baş verəcək və hətta artıq başlanmış böyük münaqişə var. Bu, Suriyanın gələcəyini müəyyən etməklə bağlı bir yandan Rusiya, İran, Türkiyə arasında, o biri yandan ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, o biri yandan … arasındadır. Türkiyənin vəziyyəti kritik önəmə malikdir, Putin də bu dəyəri anlayaraq prosesi aparır…