Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir
Uşaqların yaşayış minimumundan az olmayan məbləğdə təminat almaq hüququ müəyyənləşir
Valideynlər qarşılıqlı razılıq əsasında uşaqları dini əqidələrinə uyğun tərbiyə edə bilərlər
Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik müəyyənləşir
9 Avqust 2019 13:57
2 856
“Gürcüstanın ən varlı adamlarından biri, bazar dəyəri 1 milyard dollara yaxın olan “TBC Bank”ın qurucusu və sahibi, Mamuka Xazaradze siyasətə girəcəyini, İvanişvilinin Gürcü Arzusu Partiyasına rəqib hərəkat yaradaraq gələcək parlament seçkilərində iştirak edəcəyini bildirib”.
Bunu politoloq Erkin Qədirli deyib. Ekspertin fikrincə, Mamuka Xazaradzenin siyasətə qoşulması iki aspektdən maraqlıdır: “Birincisi, Gürcüstandakı demokratiya effektiv olaraq oliqarxiyaya çevrilir. Yəni, dövlət vəzifələrindən qıraqda qazanılmış böyük pullar hesabına siyasətə girmək, hakimiyyətə gəlmək təcrübəsi dərinləşir və güclənir. İvanişvillinin Xazaradzeylə öz davası var, onda siyasətə gəlmək həvəsini oyadan da budur. Bu, Gürcüstanın iç problemidir.
İkincisi və bizim üçün daha maraqlısı, Xazaradze siyasətdə uğur qazana bilərsə, Azərbaycanda şəxsi və qanuni biznes maraqları olan ilk gürcü siyasətçisi olacaq. “TBC Bank”ın ölkəmizin maliyyə bazarında öz yeri var. Orası da maraqlıdır ki, bu bank İsraildə də bazara girə bilib. Azərbaycanla İsrailin maraq ortaqlığı baxımından Gürcüstanda belə bir siyasətçinin hakimiyyətə gəlməsi ölkəmizin yararına ola bilər”.