Trampın sonsuz yalanları Dünya

Trampın sonsuz yalanları

Əgər o, impiçment olunmazsa, Amerika demokratiyasının gələcəyi "parlaqdır"

Yalan danışmaq cəzasız qalmamalıdır. Siyasətdə ağ yalana görə cəza yoxdursa, demokratiya, bütün cəmiyyət risk altındadır. Donald Trampa qulaq asmaq adama qəribə gəlir. Özü haqqında söylədiyi demək olar ki, hər şey şişirdilmiş, yanıldıcı, yalan və ya bütün bunların qarışığıdır. Amma işarə etdiyi problemlərdən bəziləri həqiqi problemlərdir. Düzünü dediyi hallarda səbəblərin təsviri ümumiyyətlə, yanlışdır və onun həlli işləri daha da pisləşdirəcək. Buna dözmək çox çətindir.
Sözlərini, açıqlamlarını, tvitlərini ayrı-ayrılıqda saf-çürük etməlisən. Bu o deməkdir ki, həqiqətən, etibarlı, əlçatan və sürətli axtarış mənbələri olmalıdır – olduqca çətin bir iş.
“Strateq” “Əl-Cəzirə”yə istinadən yazır ki, ancaq məsələ bununla bitmir. Trampın açıqlamalarını araşdırmaq sadəcə çox vaxt və səy tələb edir. Buna görə də zamanın dayanmasına səbəb olan sehrli saniyəölçən lazımdır. Çünki faktı yoxlayarkən o, danışmağa davam edir, söylədiklərinə daha çox aldatma əlavə edir və daha pisi budur ki, faş etməyə çalışdığınız əvvəlki cəfəngiyat müxtəlif şüurlu və şüursuz yollarla dolaşır. Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasındakı telefon danışığına dair son qalmaqal buna mükəmməl bir nümunədir.
Sentyabrın 24-də Tramp “Ukrayna prezidenti Zelenski ilə telefon danışığımın tam, tamamilə açıqlanmış və təsdiqlənmiş yazısının aşkarlanmasına icazə verdiyini” tvitləyib. Qeyddə əvvəlcə “telefon danışığı memorandumu”, sonra isə “DİQQƏT… bu, stenoqram deyil” yazısı var idi.
Bəzi uyuşmazlıqlar diqqətə çatdırıldıqda, Tramp Ağ Evin qarşısındakı çəmənlikdə jurnalistlərə deyib: “Çox istedadlı insanlar tərəfindən hazırlanmış bir yazı var – sözbəsöz təkrarlanan, nöqtəsinə, vergülünə toxunulmamış”.
Çəmənlikdə olan müxbirlərin heç biri onu vaxtında dayandırıb deməyə cürət emədi ki: “Bir dəqiqə, cənab prezident. Bu, aşkarladığınız steniqram deyil. Əgər belə bir yazı varsa, haradadır? Siz onu dərc edəcəksiniz? Nəyini kəsmisiniz? Niyə?”

Baydenin oğlu ilə bağlı deyilə bilən və yadda saxlanmayanlardan başqa məsələlər də mövcuddur.
Bir çoxları, o cümlədən Respublikaçılar Partiyasının üzvləri prezidentin məsuliyyət daşıdığını hesab edirlər; bunu ABŞ prezidentinin xarici bir liderə siyasi rəqibini araşdırmaq üçün təzyiq göstərməyə çalışdığının əyani sübutu sayırlar. Amma Tramp mətbuat konfransları zamanı səhv etmədiyini dönə-dönə təkrarlayır. Seçiciləri də ona inanır.
Qalmaqalın baş verməsindən sonra keçirilən son sorğuya görə, respublikaçıların 86 faizi və bitərəflərin 40 faizi Trampın prezident olaraq yaxşı bir iş gördüyünə inanır.
Respublikaçı seçicilərin 43 faizi ABŞ prezidentinin xarici liderdən belə bir araşdırma istəməsində səhv bir şey olmadığını düşünür, digər 30 faizi belə bir tələbin əsla edilmədiyinə əmindir. Təəccüblü deyil ki, respublikaçıların yalnız 9 faizi Trampın impiçmentini dəstəkləyir.
İnsanların digər insanlardan məlumat alması və ona güvənməsi son dərəcə faydalıdır. Amma hər şey şübhə altına alınırsa və faktlarla yoxlanılmalıdırsa, etibarlı mənbə yararsız hala gəlir. Buna görə də, yalançılarla münasibətdə mübarizə yolu olmalıdır. Bir (və ya iki) insanın yalanını tutduqdan sonra standart metodologiya onlar (fərdi və ya açıq şəkildə) cəzalandırılmalıdır. Siyasi tarixi və insanların yalançılarla necə rəftar etdiyini nəzərə aldıqda, Trampın yalanları özünü məğlub etməli idi.
Nümyəndələr Palatasının spikeri Nensi Pelosi və konqresmen Adam Şiff bu anda ona əsl qarşı çıxmaq üçün düzgün üslub tapıblar. Əgər o, impiçment prosesindən canını qurtararsa və yenidən seçkilərdə qalib gələrsə, bu, yalanın həqiqət üzərində qələbəsi olacaq. Yalan və yalançılar tərəfindən idarə olunuruqsa, dövlət gəmisi mütləq reallıq qayalarına çırpılır və batır.
Tramp ən çox yalan danışan biri kimi prezidentlik yarışını udub, yalanlarının rekordu Himalay zirvələrinə çatıb və indi 40 faizlik etimad reytinqi var. Bəlkə də o, pərəstişkarları üçün fenomendir. Ancaq Trampın uğurunu ciddi ictimai problemlər mümkün edib. Tramp vəzifədən kənarlaşdırılsa, 2020-ci ildə demokratlar Amerika cəmiyyətini narahat edən bu xəstəliyə toxunan bir mənzərə təklif etsələr, qalib gəlsələr və ölkəni effektiv idarə edə bilsələr, bu, Amerika demokratiyasının bərpasını vəd edir.