12:15
770
Taylandda tikinti kranı yola düşüb, iki nəfər ölüb, beş nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, Tayland mediası Samut Sakhon bölgəsində tikinti kranının hissələrinin yola düşdüyünü bildirib. Bildirilib ki, dağıntılar kranın altından keçən nəqliyyat vasitələrinə dəyib və nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb.
Hakimiyyət orqanları yaralıların xəstəxanaya aparıldığını və bəzi zolaqların təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkəti üçün bağlandığını bildirib.
Məryəm Quliyeva