NATO Türkiyəni İŞİD-dən qoruyacaq Dünya

NATO Türkiyəni İŞİD-dən qoruyacaq

NATO-nun baş katibi Anders Foq Rasmussen dünən bəyan edib ki, İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının silahlıları Türkiyəni təhdid edərsə, NATO bu ölkənin müdafiəsi üçün hər cür zəruri addımı atacaq.
O deyib: "Biz terrorçu yığnağı olan İŞİD-in fəaliyyətindən olduqca narahatıq. Hesab edirik ki, onları dayandırmaq çox vacibdir. Əgər müttəfiqlərimizdən biri, indiki halda isə Türkiyə təhlükəyə məruz qalarsa, biz Türkiyə və ya digər müttəfiqin səmərəli müdafiəsini təmin etmək məqsədilə dərhal hər cür zəruri addımları atacağıq".