Tramp Konqresin "Erməni soyqırımı" qərarını dəstəkləmədiyini açıqlayıb Dünya

Tramp Konqresin "Erməni soyqırımı" qərarını dəstəkləmədiyini açıqlayıb

Tramp hökuməti 1915 hadisələrini "soyqırım" adlandırmış ABŞ Konqresinin qərarı ilə razılaşmadığını, ABŞ Prezidenti Donald Trampın "böyük qırğın" qiymətləndirməsinin hələ də etibarlı olduğunu açıqlayıb.
Dekabrın 12-də ABŞ Konqresinin yuxarı palatası - Senatda 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan bir qanun layihəsini yekdilliklə təsdiqləyib. Nümayəndələr Palatası da 29 oktyabrda oxşar qətnamə qəbul edib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus yazılı bəyanatında "Senatın məsələ ilə bağlı qərarı"nın rəhbərliyin mövqeyini dəyişmədiyini" bildirib.
"Düşüncələrimiz prezidentin apreldəki məsələ ilə bağlı açıqlamasında öz əksini aşkar şəkildə tapıb". ABŞ Prezidenti Donald Tramp 24 aprel 1915-ci il hadisələrinin ildönümündə verdiyi mesajda "böyük qırğın" mənasını verən "Meds Yeghern" ifadəsini istifadə edib.
Tramp yazılı bəyanatında "1915-ci ildən başlayaraq 1,5 milyon erməni Osmanlı İmperiyasının son dövrlərində ölkədən sürgün edilmiş, qətl edilib və ya ölümə məcbur edilib. Bu anım günündə həyatlarını itirənlərin yasını saxlamaqda ABŞ-da və dünyada yaşayan ermənilərin yanındayıq" deyib. Tramp Türkləri və erməniləri "acı dolu keçmişi qəbul edib, onunla üzləşməyə" dəvət edib.
ABŞ Senatının 1915-ci il hadisələrini "Erməni Soyqırımı" olaraq tanıyan qərar qəbul etməsindən sonra dövlət başçısı Rəcəp Tayyip Ərdoğan qərarın "siyasi" olduğunu və Türkiyənin bu qərarı qəbul etmədiyini açıqlayıb. İddiaları tarixçilərin araşdırmasının vacibliyini bildirən Ərdoğan "Burada heç bir sənəd ortaya çıxara bilməyənlərin deməyə sözü yoxdur. Qərar veriblər. Qərar versəniz nə olacaq ki?! Bu qərarların heç bir dəyəri yoxdur, çünki onlar tamamilə siyasi qərarlardır. Hüquqla heç bir əlaqəsi yoxdur. Hüquqi tərəfi olmadığına görə də bizim bunları qəbul etməyimiz mümkün deyil" - deyib.
Ərdoğan bu məsələ ilə bağlı üz-üzə oturmağın mümkün olduğuna işarə vuraraq "yeri gəlsə bütün lazmi şəxslərlə birlikdə oturar, bağlanılması lazım gələrsə, İncirliki də bağlayaraq, Küreciki də"- deyib.
Konqresin yekdilliklə qəbul etdiyi qərardan sonra Türkiyə ABŞ-ın Ankaradakı səfiri David Satterfieldi Xarici İşlər Nazirliyinə çağırıb. Xarici İşlər naziri Mövlud Çavuşoğlu da ABŞ Konqresinin qətnaməsinin səsverməsinə "siyasi tamaşadır, hüquqi əhəmiyyəti və keçərliliyi yoxdur" ifadələri ilə reaksiya verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Konqresdə qəbul edilmiş qərarları "həqiqətə və tarixi ədalətə xidmət yolundan əmin addım" kimi dəyərləndirib. Bundan sonra iki məclisdən keçmiş mətnlərin bir-birinə uyğunlaşdırılması və ABŞ rəhbəri Trampa təqdim olunacağı gözlənilir.
Trampın qətnaməni dəstəkləsə, ABŞ "erməni soyqırımı"nı tanıyacaq. Əgər ABŞ Prezidenti qətnaməyə veto tətbiq etsə, Konqresin iki qanadından üçdə ikisinin səsverməsi ilə qanun layihəsi yenidən Trampa göndərilə bilər. Bundan öncə ABŞ Prezidenti olmuş Barak Obama da seçki kampaniyası ərzində 1915 hadisələrinin "soyqırım" kimi tanıyacağını desə də, Prezident olduğu dövrdə bundan çəkinib.