Dollar bahalaşmağa başladı – Səbəb Dünya

Dollar bahalaşmağa başladı – Səbəb

Türkiyə ilə ABŞ arasında yenidən siyasi hərarətin yüksəlməsinə paralel olaraq ölkənin milli valyutası – lirə ilə bağlı neqativ proses başlayıb.
Dollar bu sabah Türkiyə birjalarında 5,93 səviyyəsinə qalxıb. Bu, son iki ayda ən yüksək məzənnə fərqidir.
Avronun məzənnəsi 6,59 TL olub.
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması səbəbindən sanksiya mövzusunun təkrar gündəmə gəlməsi, ABŞ-da “erməni soyqırımı” layihəsinin qəbul edilməsi və Türkiyəyə F-35 döyüş təyyarələrinin satışını qadağan edən və sanksiya çağırışı ehtiva edən layihənin gündəmə gəlməsi iki ölkənin münasibətlərini pisləşdirib.
Bu pisləşmə birjalara da öz təsirini göstərib.