Bu ölkə Xəlifə Haftara Türkiyəyə qarşı tank verdi Dünya

Bu ölkə Xəlifə Haftara Türkiyəyə qarşı tank verdi

Misirin Prezidenti Əbdülfəttah Sisi Xəlifə Haftarı dəstəkləyən qüvvələrin Rusiya istehsalı olan tanklarla təchiz olunmasına razılıq verib.
Bu barədə məlumat “Midl İst Monitor” nəşrinə misirli mənbələrdən daxil olub.
Məlumata əsasən, tanklar Türkiyənin dəstəklədiyi Liviya milli ordusu ilə mübarizə üçün nəzərdə tutulub.
Tankların Haftarın qoşunlarının istifadəsində olan tanklarla eyni olduğu bildirilir.
Misir tankları müvəqqəti istifadə üçün təqdim edir və Liviya paytaxtına hücum başa çatdıqdan sonra Haftar yerdə qalan tankları geri qaytarmalı olacaq.
Mənbənin sözlərinə görə, Misirin bu qərarı Ankaranın Liviya Milli Ordusuna dəstək məqsədilə Liviyaya hərbi müdaxilə etmək niyyətini hiss etdikdən sonra qəbul etdiyini bildirib.