Varlıların sərvəti 1,2 trilyon dollar artdı Dünya

Varlıların sərvəti 1,2 trilyon dollar artdı

Cari ildə dünyanın 500 ən zəngin insanının sərvəti 25% və ya 1,2 trilyon dollar artıb. Bu məlumatı "Blumberq" agentliyi yayıb. Məlumata görə, ümumilikdə dünya milyarderlərinin sərvəti 5,9 trilyon dollara çatıb. Agentlik, həmçinin, dünyanın ən çox varlanan şəxsinin milyarder Bernar Arno olduğunu bildirib. Onun sərvətinin cari ildə 36,5 milyard dollar artdığı vurğulanıb.