Türkiyəni ikiyə bölən kanal Dünya

Türkiyəni ikiyə bölən kanal

Türkiyə Prezident Rəcəb Tayib Ərdoğan “Kanal İstanbul” layihəsini elan edəndə aydın oldu ki, rəsmi Ankara yeni şəraitdə bir sıra ölkələrin 1936-cı ildə imzaladığı və beynəlxalq boğazlar rejiminin müəyyən edildiyi Montrö Konvensiyası dönəminə qayıtmaq niyyətindədir.
Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli R.T.Ərdoğanın həyata keçirmək istədiyi “Kanal İstanbul” layihəsi haqqında danışarkən deyib. O bildirib ki, bu layihə Ərdoğanın gözlədiyi kimi Türkiyəyə o qədər də xeyir gətirməyə bilər:
“İlkin hesablamalara görə, kanalın çəkilməsi 10 milyardlarla dollar tələb edir. Türkiyənin indiki vəziyyətində o qədər pulu tapıb, sözügedən layihəyə yatırması asan məsələ deyil. Çünki Türkiyə hazırda iqtisadi baxımdan yüksək vəziyyətdə deyil, ABŞ-ın sanksiyalarını və 4 milyona yaxın qaçqın problemini də unutmayıq... Hesab edirəm ki, Türkiyə əvvəlcə bu problemlərin həllinə yönəlməlidir”.
Politoloq bildirib ki, əslində məsələ təkcə maliyyə deyil, həm də bunun ekologiyaya necə təsir edəcəyidir:
“İstanbul dünyanın ən rütubətli şəhərlərindən biridir. Bu kanal da çəkildikdən sonra İstanbulda rütubətlilik və yağıntının miqdarı artacaq. Bu da torpaq sürüşməsinə səbəb ola bilər. Bir sözlə, bu layihə təbiətə ciddi təsir göstərə bilər. Mən bütün bunları nəzərə alaraq deyə bilərəm ki, sözügedən layihənin xeyrindən çox zərərləri mümkündür. Bu baxımdan düşünürəm ki, Türkiyə bu layihəni həyata keçirməkdə tələsməməli və hər bir detalı düzgün hesablamalıdır”.
Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin (QAFSAM) siyasi eksperti Kamran Sultanlı isə bildirib ki, Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan “Kanal İstanbul” layihəsinin inşasına başlayacaqları barədə anons verib. “Kanal İstanbul” layihəsi ilk dəfə 2011-ci ilin iyun ayında o dövr baş nazir olan Ərdoğan tərəfindən anons edilib. Bosfor boğazına alternativ marşrut hələ Osmanlı dövründə müzakirə edilirdi. Sultan Süleymanın dövründə ilk dəfə Bosfor boğazına alternativ su yolunun yaradılması gündəmdə olsa külli miqdarda maliyyə vəsaitinə duyulan ehtiyac bu lahiyənin həyata keçməsinə imkan verməmişdir. İkinci dəfə bu haqqda müzakirələr 1591-ci ildə Sultan III Muradın dövründə aparılıb. Lakin daha sonra dayandırıldı. 1654-cü ildə Sultan IV Murad və Sultan III Muradın dovrundə kanalın inşası ilə bağlı müzakirələr heç bir nəticə verməyib. “Kanal İstanbul” layihəsinin detalları nədir? Kanal İstanbul layihəsi Qara və Mərmərə dənizini birləşdirən 45 km uzunluğa, 150 metr enə və 25 metr dərinliyə malik bir su nəqliyyat lahiyəsidir. “Kanal İstanbul” layihəsi Bosfor boğazına alternativ olaraq düşünülub. Bu həmdə AKP-nin elen etdiyi Strategiya 2023-də həyata keçməli olan 16 qlobal infrastruktur lahiyəsindən biridir. Bu layihəyə əsasən 10-dan artıq körpünün inşası həmçinin kanalın çəkildiyi magistral ətrafında bir-neçə adanın, ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Layihənin maliyyə dəyəri 20 mld dollar civarında ölçülür. “Kanal İstanbul” layihəsinə qarşı ən çox dirənən İstanbul Bələdiyyə Başqanı Əkrəm İmamoğludur. Ərdoğanın xəyalım dediyi layihəyə, İmamoğlu cinayət olaraq cavab verib. Türkiyə lideri İstanbul Konqres Mərkəzində təşkil edilən Xidmət İxracatçıları ilə görüşündə qeyd edib ki, bu layihənin inşası ilin sonunda başlayacaq. Ərdoğan əlavə edib ki, bu lahiyəyə bələdiyyə layihəsi deyil dövlət layihəsidir. Bu layihə həyata keçəcək, və buna heç kim mane ola bilməz. Bu layihəyə Bosforda olan ağırlığı azaldacaq. İmamoğlu isə daha sərt olaraq cavabında qeyd edib ki, ya kanal ya İstanbul bu qədər açıqdır. Kanal İstanbul Türkiyə üçün 16 milyonluq İstanbullu üçün xəyanətdir. İmamoğlu əlavə edib ki, bu layihə Torros gölünü duzlaşdıra bilər ekoloji böhrana səbəb ola bilər. “Kanal İstanbul” layihəsi həm də indi 2023-də prezident seçkilərində əsas mübarizə predmetinə çevrilir. İmamoğlu bu layihəyə qarşı dirənməklə ölkədə olan nüfuzunu genişləndirməyə çalışır. Bu layihənin ekoloji zərərlər haqqında Ətraf Mühitə Təsirin Dəyərləndirilmə şirkətinin 159 səhifəlik hesabatında 4 kəndin yox olma ehtimalı qeyd edilir. Həmçinin layihə Mərmərə dənizində suyun miqdarının artmasına, Qara dənizdə oksigenin azalmasına və duzluluq göstəricisinin artmasına səbəb ola bilər. Hesabatda İnşaat başlayacağı təqdirdə 25-30 gün şəhərin Avropa hissəsini idarə edə biləcək Sazlıq su anbarı bağlanacaq. Orada da olan 11 ədəd quş növü yox olacaq. Lakin şəhərin Avropa hissəsinin necə su ilə təmin ediləcəyi qeyd edilmir. Beynəlxalq ətraf mühit təşkilatlarından olan Greenpeace layihənin İstanbulun ekosisteminin poza biləcəyi anonsunu verib. Bütün bunlara görə İstanbul başqanı İmamoğlu hökumətdən bu sualların cavabını tələb edir. Ərdoğan isə lahiyənin həyata keçməsində israr edir. CHP həmçinin iqtisadi durumun gərgin olduğu ərəfədə Ankaranın bu qədər maliyyəni hardan tapacağını sual edir. Prezident Ərdoğan bu suallara cavab verməlidir. “Kanal İstanbul” Montro Boğazlar Anlaşmasını bitirə bilər. “Kanal İstanbul” layihəsi 1936-cı ildə imzalanan Montro Boğazlar Anlaşmasını qüvvədən sala bilər. Bir-çox Türkiyəli rəsmilər lahiyənin Montro sisteminə son qoya biləcəyini anons edirlər.(Montro anlaşması Türkiyə boğazlarından (Çanaqqala və Boğaziçi) gəmilərin həm hərbi həmçinin mülki durumda sərbəst hərəkətini təmin edən anlaşmadır. Bu anlaşmaya əsasən Türkiyə əgər müharibədə iştirak edərsə bu zaman başqa ölkələrin hərbi gəmilərinin keçib, keçməməsinə özü qərar verməlidir. Həmçinin Qara dəniz dövləti olmayan hərbi gəmilər Qara dəniz sahilində yalnız 21 gün qala bilərlər) Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan qeyd edib ki, Montro anlaşması “Kanal İstanbul” layihəsini əhatə etmiyəcək. Bu zaman Ankara kanalla bağlı qərarları özü verəcək. Həmçinin bu layihənin ABŞ-ın Qara dənizə rahat daxil olması üçün inşa edildiyini qeyd edənlərdə var. İYİ partiyasından Millət Vəkili Aytun Çıray layihənin ABŞ-ın rahatlıqla Qara dənizə daxil olması üçün inşa edildiyini iddia edib. O qeyd edib ki, ABŞ-ın rahatlıqla üzə bilmədiyi yeganə dəniz Qara dənizdir. Bəzi iddialara əsasən Ankara bu vəd ilə ABŞ-dan kanal üçün dəstək ala bilər. Amerikanın kanala nə qədər bağlı olması məsələsi Türkiyə siyasi istebleşmintində gərginliyi artırır. Layihənin Montro anlaşmasına aid olmaması Rusiyanın Qara dənizdə hegemonluğunu sual edir. Bu baxımdan layihəyə qarşı Moskva da qarşı çıxa bilər. İmamoğlu bu lahiyənin həyata keçməməsi üçün dirənməklə həmdə labiyənint Montro anlaşmasını yox etməsi və Amerika lahiyəsi olması kimi stereotiplərdən istifadə edərək
Ərdoğana qarşı istifadə etməyə və reytinqini artırmağa çalışır. Bu layihənin həyata keçməsi regionda siyasi konfiqurasiyanı kökündən dəyişə bilər. Həmçinin layihənin həyata keçib keçməsidə sual altındadır. Hazırda İmamoğlu Qərblə əməkdaşlıqda Avropa mərkəzli əlaqələrə üstünlük verir. Avropalılar isə layihəyə qarşı çıxırlar.