"Atom elektrik stansiyası üçün heç bir təhlükə yoxdur" Dünya

"Atom elektrik stansiyası üçün heç bir təhlükə yoxdur"

Ukrayna Prezidenti Vladimir Zelenski Çernobıl nüvə fəlakətinin baş verdiyi bölgədəki meşə yanğının atom elektrik stansiyası üçün təhlükə olmadığını söyləyib.
Ukrayna Prezidenti Zelenski, Çernobıl bölgəsindəki meşədə 4 apreldə başlayan yanğınla əlaqədar açıqlama verib.
Açıqlamada, “Çernobıl Atom Elektrik Stansiyası, radiasiya tullantıları anbarı və digər kritik obyektlər üçün heç bir təhlükə yoxdur” deyən Zelenski bu yaxınlarda 6 yanğın çıxışının söndürüldüyünü də qeyd edib.
Belə ki, “26 aprel 1986-cı ildə verilən dərsi xatırlayırıq. Heç kim həqiqəti gizlədə bilməz. Əslində oradakı vəziyyət nəzarət altındadır. Kiyev və Kiyev bölgəsində radiasiya norması normal həddədir” deyə qiymətləndirmə aparıb.
Zelenski, yanğına səbəb olanların polis tərəfindən tutulduğunu bildirib.
Ukrayna Daxili İşlər Nazirinin müavini Anton Qraschenko araşdırmalar nəticəsində yanğının söndürüldüyünü, ancaq bəzi bölgələrdəki quru ot və kollarda tüstünün səthi olaraq artdığını söyləyib.
O bildirib ki, yanğınsöndürmə işlərinə ölkənin 15 bölgəsindən yanğınsöndürənlər daxil olub.