“Putin müharibəyə və yalanlarına son qoy” Dünya

“Putin müharibəyə və yalanlarına son qoy”

Rusiya müxalifətindən etiraz aksiyası keçirib

Rusiyada müxalifət tərəfdaları Ukraynada törədilən zorakılıqlara qarşı etiraz aksiyası keçiriblər. Paytaxt Moskvada baş tutan aksiyaya minlərlə insan qatılıb. Aksiyaçılar şəhərin mərkəzi küçələrindən birində "Ukraynada müharibəyə yox" , "Qardaşlarımıza güllə atmayın", "Putin müharibəyə və yalanlarına son qoy" şüarları ilə yürüş ediblər. Aksiya "Ədalətli Rusiya" və "Başqa Rusiya" partiyalarının təşəbbüsü ilə baş tutub.
"Biz Ukraynada aparılan müharibə də daxil olmaqla istənilən müharibəyə qarşıyıq. Düşünürük ki, insanlar istənilən problemi danışaraq həll etməlidirlər. Bizə sülh və azadlıq lazımdır. Rusiyada azadlıq, Kiyevdə sülh istəyirik" - deyə "Başqa Rusiya" partiyasının üzvü İrina Xakamada sözlərini qeyd edib.
"Ədalətli Rusiya" partiyasının üzvü Dmitri Qudkov yürüşü, eyni zamanda, Rusiyanın Avropa seçimi üçün bir aksiya adlandırıb.