17 İyul 19:42
4 May 2020 11:43
1 876
Gürcüstanın Batumi və Kutaisi şəhərlərində koronavirus pandemiyası ilə əlaqədar sərbəst hərəkətə qoyulan məhdudiyyət mayın 5-dən götürüləcək. Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria bildirib. O qeyd edib ki, Tbilisi və Rustavi şəhərlərində tətbiq edilən məhdudiyyətlər həftə sonunadək qüvvədə qalacaq. "Tbilisi və Rustavi ilə bağlı müvafiq qərar isə qarşıdakı günlərdə veriləcək", - deyə G. Qaxaria bildirib. Qeyd edək ki aprelin 14-dən Gürcüstanın Tbilisi, Kutaisi, Batumi və Rustavi şəhərlərində sərbəst hərəkət məhdudlaşdırılıb.
17 İyul 22:06
1 603
17 İyul 21:34
1 596
17 İyul 21:30
1 652