Milli qvardiya Poroşenkoya qarşı Dünya

Milli qvardiya Poroşenkoya qarşı

Əsgərlər etiraz aksiyası keçirərək tərxis olunmalarını tələb ediblər

Kiyevdə Milli qvardiyanın 300-ə yaxın əsgəri Ukraynanın prezident administrasiyası qarşısında tərxis olunma tələbi ilə etiraz aksiyası keçirir.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, nümayişçilərin sayı artır, prezident administrasiyasının ətrafını polis kordonları mühafizə edir.
Bundan əvvəl Milli qvardiyanın komandanlığı bir qrup təcili xidmət hərbçilər ilə danışıqların aparılmasını bildirib. "Ayrılmış müddət ərzində xidmətini başa çatdıran hərbi qulluqçular tərxis olunmaq istəyirlər. Hazırda vəziyyətin nizamlanması məqsədi ilə tərəflər arasında danışıqlar aparılır", Milli qvardiyanın mətbuat katibliyinin məlumatında qeyd edilib.